SON XƏBƏRLƏR

“Traxtur” klubundan “Perspolis”ə xəbərdarlıq

2021.10.20, 07:36
“Traxtur” klubundan “Perspolis”ə xəbərdarlıq

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol klubu keçmiş hücumçusu Antoni Stokesi komandaya cəlb etməklə bağlı Tehranın “Perspolis” klubuna xəbərdarlıq edib.

 

Bu barədə Azərbaycan klubu Liqa Təşkilatına məktub ünvanlayıb. Məktubda xarici oyunçunun hələlik “Traxtur”la müqaviləsi qüvvədə olduğu xatırladılaraq onun hansısa komandaya transfer edilməsi barədə İran klublarına xəbərdarlıq edilib.

 

İlk öncə “Perspolis” klubuna işarə olunan məktubda qeyd edilib ki, Antoni Stokesin “Traxtur”la üç mövsümlük müqaviləsi var. Hələlik müqavilə ləğv olunmayıb, FİFA hazırda bu məsələyə baxır.

 

“Traxtur” məsulları Antoni Stokesin hansısa İran klubuna transfer edilməsinə qarşı olduqlarını qeyd edərək bu barədə heç bir güzəşt olmayacağını vurğulayıblar.

 

Son hissədə Liqa Təşkilatından məktubun surətinin “Perspolis” klubuna göndərilməsi tələb olunub.

 

Qeyd edək ki, mediada “Traxtur”un keçmiş hücumçusu Antoni Stokeslə “Perspolis” klubu arasında müzakirələr aparıldığı və tərəflərin ilkin razılığa gəldiyi barədə məlumat yayılıb.

 

İrlandiyalı hücumçü Antoni Stokes ötən mövsümdə “Traxtur” komandasında oynayıb. Komandanın məşqlərində ardıcıl olaraq dəfələrlə iştirak etməyən oyunçu düzənsiz bir futbolçu kimi tanınır. O “Traxtur” klubu ilə müqaviləyə birtərfli şəkildə xitam verdikdən sonra bir Türkiyə komandasına qoşulub. Futbolçu qısa müddət sonra nizam-intizam qaydalarını pozduğu üçün həmin komandadan qovulub.

 

“Traxtur” klubu tərəfindən yayılan məlumata görə, hal-hazırda FİFA tərəfindən “Traxtur” klubunun futbolçudan təqdim etdiyi şikayətə baxılır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar