SON XƏBƏRLƏR

“Traxtur” klubunun əleyhinə gözlənilməz qərar çıxarıldı

2021.10.20, 07:36
“Traxtur” klubunun əleyhinə gözlənilməz qərar çıxarıldı

Gunaz.tv

GünAz TV: Ötən mövsümdə Güney Azərbaycanın “Traxtur” futbol komandasında oynayan irandiyalı hücumçu Antoni Stokes FİFA-nın “Traxtur” klubu haqda qərar qəbul etdiyini bildirib.

 

Bundan əvvəl xəbər verdiyimiz kimi, Antoni Stokesin “Traxtur” klubu ilə 3 illik müqaviləsi olduğu halda, o 19-cu super liqa yarışlarında Təbrizə qayıtmadı. Qısa müddət bir Türkiyə komandasına qoşulan futbolçu sonralar Tehranın “Perspolis” klubu ilə müqavilə imzaladı.

 

“Traxtur” klubu irlandiyalı futbolçudan şikayət etdiyini bildirərək onunla müqavilə imzalayan “Perspolis” klubuna da xəbərdarlıq etmişdir. Lakin klubun futbolçudan şikayəti heçbir nəticə verməyib.

 

Hazırda “Perspolis”də oynayan hücumçu səhifəsində paylaşdığı postda FİFA-nın “Traxtur” klubu barədə gözlənilməz qərar verdiyini açıqlayıb. Hökmə əsasən Azərbaycan klubu 45 gün ərzində 400 min dollar Antoni Stokesə ödəməlidir. Klub hətta ödənişin bir il müddətinə gecikdiyi üçün 5 faiz də cərimə ödəməlidir.

 

FİFA-nın çıxardığı hökmdə vurğulanıb ki, klub qeyd olunan məbləği təyin olunmuş müddətdə ödəməyəcəyi təqdirdə 2 transfer pəncərəsindən məhrum ediləcək.

 

Xatırladaq ki, Antoni Stokes “Traxtur” komandasında oynadığı zaman klubun qaydalarına tabe olmayan nizamsız oyunçu kimi tanınırdı. O ötən mövsümdə 13-cü həftənin yarışlarından sonra məzuniyyət bəhanəsi ilə ölkəsinə gedib 2 ay sonra Təbrizə qayıtmışdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar