SON XƏBƏRLƏR

“Traxtur” klubunun sahibi: “Nigaranlığa əsas yoxdur, Con Toşak yaxın günlərdə Təbrizdə olacaq”

2021.10.20, 07:36
“Traxtur” klubunun sahibi: “Nigaranlığa əsas yoxdur, Con Toşak yaxın günlərdə Təbrizdə olacaq”

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol klubunun sahibi Məhəmmədrza Zenuzi komandanın baş məşqçisi ilə bağlı yayılan şayiələrdən danışıb.

 

“Mehr” xəbər agentliyinin yaydığı məlumata görə, M.Zenuzi Misirin “Ələhli” klubunun “Traxtur”un yeni baş məşqçisi Con Toşakla müzakirə apardığı barədə yayılan xəbəri belə şərh edib:

“Təəssüflər olsun ki, bu barədə kütləvi informasiya vasitələrində yayılan xəbər doğrudur. Bəzi ərəb klubları dünya şöhrətli baş məşqçidən bizimlə bağladığı müqavilənin ləğv edilməsini istəyiblər, onlar bunun üçün baş məşqçiyə daha çox pul təklif ediblər. Lakin Con Toşak bildirib ki, artıq “Traxtur” klubu ilə müqavilə bağlayıb, imzaladığı müqaviləni heç vaxt ləğv etməyəcək.”

 

M.Zenuzi Komanda tərəfdarlarına xitabəb vurğulayıb ki, “Heç bir nigaranlığa əsas yoxdur. Hamı bilsin, avropalı baş məşqçimiz bir həftə və ya 10 gün içində Təbrizə gələcək və komandada fəaliyyətə başlayacaq.”

 

Klub sahibi komandanın bundan əvvəlki əsgər oyunçuları ilə bağlı yaranan problemə də toxunub.

“Bu barədə iclas keçirdik. Məlum oldu ki, əsgər oyunçular, klub yeni malikinə ötürülməmişdən əvvəl komandaya transfer olunduqlarına görə onlar əsgərlik müddətlərinin sonuna qədər bu komandada qala bilərlər. Ehsan Pəhləvan, Mehdi Mehdipur, Danyal İsmailifər, Məhəmməd Müslimipur, Məhəmmədrza Azadi və Rza Şərbəti “Traxtur”un əsgər oyunçularıdır, bu siyahıya komandaya bundan əvvəl cəlb olunmuş daha bir əsgər oyunçu da əlavə oluna bilər”- deyə M.Zenuzi bildirib.

 

Qeyd edək ki, “Real Madrid” komandasının keçmiş baş məşqçisi, 69 yaşlı Con Toşak ötən günlərdə Təbrizin “Traxtur” klubu ilə 3 illik müqavilə imzalayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar