SON XƏBƏRLƏR

“Traxtur” komandası növbəti görüşə hazırlaşır

2021.10.20, 07:36
“Traxtur” komandası növbəti görüşə hazırlaşır

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası növbəti görüşdə Buşehrin təmsilçisi ilə qarşılaşacaq.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 14-cü həftəsində “Traxtur” komandası “Pars Cənubi Cəm”in qonağı olacaq.

 

Görüş dekabrın 1-i Təbriz vaxtı ilə saat 15:00-da “Təxti Cəm” stadionunda keçiriləcək.

 

“Traxtur”-“Pars Cənubi Cəm” görüşünü GünAz TV ekranından izləyə bilərsiniz.

 

Bu arada “Traxtur”un irlandiyalı hücumçusu Antoni Stokesin komandanı tərk edərək Təbrizdən getdiyi bildirilir. O ailəsi ilə birlikdə noyabrın 27-də Təbrizdən İstanbula, oradan isə vətəni İrlandiyaya yola düşüb.

 

 

Antoni Stokes “Traxtur”un ulduz oyunçusu olub və komanda üçün 8 qol vurub. Onun “Traxtur”u bu şəkildə tərk etməsi çoxlarını təəəcübləndirdi, bu məsələdə mərkəzdən “Traxtur” klubuna təyiqlər edildiyi barədə şübhələr var.

 

Komandanın digər oyunçusu şotlandiyalı Li Ervin də hələlik məzuniyyətdən qayıtmayıb, onun komandanı tərk etdiyi barədə də məlumatlar yayılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar