SON XƏBƏRLƏR

“Traxtur” komandası növbəti rəqibi ilə Məşhəddə qarşılaşacaq

2021.10.20, 07:36
“Traxtur” komandası növbəti rəqibi ilə Məşhəddə qarşılaşacaq

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası bazar günü Məşhədin təmsilçisi “Pədidə” ilə qarşılaşacaq.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 7-ci həftəsində keçiriləcək görüş Məşhədin “Samin-ul Əemmə” stadionunda baş tutacaq.

 

Görüş sentyabrın 23-ü Təbriz vaxtı ilə saat 19:00-da başlayacaq.

 

“Traxtur”-“Pədidə” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Bu arada Təbrizin “Maşinsazi” komandası builki super liqa yarışlarında ilk qələbəsini qazanıb. Sentyabrın 21-də  “Pars Cənubi Cəm” komandasını “Bonyan Dizel” stadionunda qəbul edən “Maşınsazi” 1:0 hesabı ilə rəqibini məğlubiyyətə uğradıb.

 

“Maşınsazi”yə qələbə qazandıran qol oyunun 3-cü dəqiqəsində Rza Xaliqifər tərəfindən vurulub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar