SON XƏBƏRLƏR

“Traxtur” komandasına xəyanət edən qapıçı Möhsün Fruzana bəraət verilib

2021.10.20, 07:36
“Traxtur” komandasına xəyanət edən qapıçı Möhsün Fruzana bəraət verilib

Gunaz.tv

GünAz TV: 2019-cu il aprelin 12-də Rəştin “Sərdar cəngəl” stadionunda Təbrizin “Traxtur” futbol komandasını böyük hesabla “Sepid rud”a uduzduran qapıçı Möhsün Fruzana bəraət verilib.

 

Mətbuat və Mədəniyyət Məhkəməsi Möhsün Fruzan və onun həyat yoldaşına futbolla bağlı qumar şəbəkəsi yaratmaq və  “Traxtur”-“Sepid rud” oyununun nəticəsi üzərinə mərcləşmək ittihamlarından bəraət verib.

 

Məhkəmə ittihamı sübut etmək üçün yetəri qədər dəlil olmadığını bildirib.

 

Qeyd edək ki, futbolçunun komandasına qarşı yol verdiyi xəyanət ötən il aprel ayında, super liqa yarışlarının 25-ci həftəsində baş verib. Məhkəmə Azərbaycan komandasını uduzduran futbolçunun dosyesinə baxmağı müxtəlif bəhanələrlə uzun müddət uzadıb, sonra isə belə bir ədalətsiz qərar çıxarıb.

Bəraət hökmü fevralın 25-də İran mediasında yayılıb.

 

Xatırladaq ki, 2019-cu il aprelin 12-də 18-ci super liqa yarışlarının yekunlaşmasına 6 oyun qalmış Rəştdə “Traxtur”la “Sepid rud” arasında görüş baş tutub. Oyun zamanı “Traxtur” komandasının qapıçısı Möhsün Fruzanın şübhəli hərəkətləri bütün tamaşaçılar, hətta ekspertlər tərəfindən müşahidə olunub. Oyunun nəticəsi ilə bağlı mərcə girdiyi və bu yolla külli miqdarda pul qazandığı deyilən Möhsün Fruzanın şübhəli şəkildə 3 qol buraxması Azərbaycan komandasının böyük hesabla uduzmasına səbəb olmuşdur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar