Kirman əyalətinin “Sircan” şəhərində baş tutan qarşılaşma oyunun sonunda qarşıdurmaya çevrilib.
Gunaz.tv
Dünən, yanvar ayının 23-də, Sircan şəhər stadioununda İran Premiyer Liqasının 12-ci həftəsində Təbrizin “Traxtur” komandası ilə Kirman əyalətinin Sircan şəhərinin “Qol-i Qohər” komandasının görüşü keçirilib.

Bakı vaxtı ilə saat 15:30-da başlanan qarşılaşma 44-cü dəqiqədə Hac Səfi, 76-cı dəqiqədə isə Abbaszadənin vurduğu qollarla Traxturun qələbəsi ilə başa çatıb.

Rəqib komandanın tək qolu 64-cü dəqiqədə Traxturun qapısından keçib.
Bu qələbədə 3 vacib xal qazanan Traxtur Futbol Komandası toplam 19 xalla turnir cədvəlində 4-cü yerini qoruyub saxlaya bilib.

Oyunun sonunda məğlubiyyətdən qəzəblənən qarşı komandanın oyunçuları Traxtur komandasının oyunçularını təhqir ediblər.
Baş verən qarşıdurmada hər iki tərəfdən bir neçə oyunçunun xəsarət aldığı bildirilir.
Davanı sonlandırmaq üçün aracılıq edən Traxtur komandasının qapıçısı gözlənilmədən fars komandasnın oyunçularının hücumuna məruz qalıb.
Burnu sınan qapıçı müalicə üçün xəstəxanaya yerləşdirilib.
C.E