SON XƏBƏRLƏR

“Traxtur”-“Nəssaci” görüşü ləğv olunub – koronavirusla bağlı

2021.10.20, 07:36
“Traxtur”-“Nəssaci” görüşü ləğv olunub – koronavirusla bağlı

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandası ilə Qaimşəhrin “Nəssaci” komandası arasında gözlənilən görüş ləğv olunub.

 

Plana görə, görüş cümə axşamı günü, martın 4-də keçirilməli idi.

 

Futbol Liqası Təşkilatı İran üzrə futbol klublarının super liqa yarışlarının 22-ci həftəsində keçirilməli olan bütün yarışları ləğv edib. Bu qərar koronavirus ölkə şəhərlərini bürüdükdən sonra verilib.

 

İran mediasında yayılan məlumata görə, super liqanın bütün yarışları aprelin 1-dək təxirə salına bilər. Bu xəbər Liqa Təşkilatının rəsmisi Qulamrza Behrəvan tərəfindən təsdiqlənib.

 

Qeyd edək ki, hal-hazırda “Traxtur” komandası 37 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar