SON XƏBƏRLƏR

“Traxtur-Peykan” müsabiqəsi Azərbaycanın hansı şəhərinə həsr olunub?

2021.10.20, 07:36
“Traxtur-Peykan” müsabiqəsi Azərbaycanın hansı şəhərinə həsr olunub?

Gunaz.tv

GünAzTv: Son müsabiqələrdə “Traxtur”  futbol komandasının tərəfdarları tərəfindən başladılan ənənə əsasında “Traxtur”-un gələcək müsabiqəsi Azərbaycanın başqa bir şəhərinə həsr olunub. o “Zəngan”dır.

 

Bu münasibətlə Noyabr ayının 4-ü (Abanın 13-ü) Təbrizin səhənd stadyomunda (stadion) “Traxtur”-la “Peykan” arasında keçiriləcək müsabiqə Zəngan şəhəri adlandırılıb.

 

 Adını çəkdiyimiz müsabiqənin şüarı isə “"Traxtur" Zənganın Səsi – Yurdumuzun bir hissəsi” olacaq.

 

Qeyd edək ki, “Traxtur-Piruzi” oyununda baş verən hadisələrdən sonra fars şovinizminin əlaltıları “Piruzi”nin azərbaycanlı trenerindən (mürəbbi) də istifadə edərək Təbriz ilə Ərdəbil arasında nifaq salmağa çalışdılar. Xoşbəxtlikdən o gündən bəri nəinki heç bir nifaq yaranmadı hətta yaxşı bir ənənənənin əsası da qoyuldu.

 

O gündən “Traxtur”un hər müsabiqəsi Azərbaycanın bir şəhərinə həsr edilir. Beləki ilk müsabiqə Ərdəbilə, sonra isə Urmuya həsr olundu. Gələcək müsabiqə isə Zəngana həsr edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar