SON XƏBƏRLƏR

“Traxtur”-“Sənət Neft” görüşünün son nəticəsi

2021.10.20, 07:36
“Traxtur”-“Sənət Neft” görüşünün son nəticəsi

Gunaz.tv

GünAz TV: Sentyabrın 14-ü Təbriz vaxtı ilə saat 20:00-da Təbrizin “Traxtur” və Abadanın “Sənət Neft” komandaları qarşılaşıb.

 

İran kubokunun 1/16 final mərhələsi çərçivəsində keçirilələn görüş Abadanın Təxti satadionunda baş tutub.

 

90-cı dəqiqənin sonunda hesab bərabər olub -3:3. Hakim qalibi müəyyən etmək üçün oyuna əlavə vaxt təyin edib, lakin 30 dəqiqə ərzində heç bir komanda tərəfindən qol vurulmayıb və 120-ci dəqiqədə hesab yenə də 3:3 olub. Növbə penalti zərbələrinə çatınca, hesab “Sənət Neft”in xeyirinə dəyişib.  Ev sahibinin 4, qonaq komandanın isə 3 penalti zərbəsi qol ilə nəticələnib.

 

Bununla da oyun 7:6 hesabı ilə “Sənət Neft”in xeyirinə yekunlaşıb.

 

Abadan təmsilçisi bu nəticədən sonra İran kubokunun 1/8 final mərhələsinə yüksəlib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar