SON XƏBƏRLƏR

“Traxtur” “Sepahan”ı şumladı

2021.10.20, 07:36
“Traxtur” “Sepahan”ı şumladı

Gunaz.tv

GünAz TV: Bu gün Təbrizin “Traxtur” komandası İsfahanın “Sepahan” komandasını səhənd stadionunda qəbul edib.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 20-ci həftəsində keçirilən görüş Təbriz vaxtı ilə saat 16:00-da başlayıb. Oyun 2:0 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

 

“Traxtur”a qələbə qazandıran qollar 38-ci dəqiqədə Mehdi Mehdipur və 73-cü dəqiqədə (penalti) Antoni Stokes tərəfindən vurulub.

 

“Traxtur” tərəfdarları görüş zamanı milli şüarlar səsləndiriblər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar