SON XƏBƏRLƏR

“Traxtur” tamaşaçıların sayı baxımından 18-ci super liqa yarışlarının birinci komandasıdır

2021.10.20, 07:36
“Traxtur” tamaşaçıların sayı baxımından 18-ci super liqa yarışlarının birinci komandasıdır

Gunaz.tv

GünAz TV: İranda futbol klublarının 18-ci super liqa yarışları yekunlaşmaq üzrədir.

 

“Nəsr” xəbər agentliyinin yaydığı məlumata görə, mövsümün sonuna bir oyun qalmış komandaları izləmək üçün stadiona gedən tərəfdarların sayı açıqlanıb. Məlumata görə, “Traxtur” 653 min tamaşaçı ilə 18-ci super liqa yarışlarının birinci komandasıdır.

 

Tehranın “Perspolis” komandası 567 min və “İstiqlal” komandası 407 min tamaşaçı ilə 2-ci və 3-cü yerdə qərarlaşıblar.

 

Komandaların tutduğu yerlər heç bir şəkildə dəyişə bilməz. Ona görə ki, mövsümün son həftəsində “Perspolis” “Pars Cənubi Cəm”lə bu klubun 12 min nəfərlik stadionunda qarşılaşacaq. Görüşü izləyən stadiondakı tamaşçıların hamısı da “Perspolis” tərəfdarı olsa, yenə də sayca “Traxtur”un tamaşaçılarına çata bilməz. “İstiqlal” isə öz rəqibini Tehranın  böyük Azadi stadionunda qəbul edəcək, lakin “Traxtur”la aralarında təxminən 250 min tamaşaçı fərqi olduğu üçün yenə də Azərbaycan komandasına çatmaq mümkün olmayacaq və “Traxtur” tamaşaçı sayı baxımından mövsümün birinci komandası olaraq qalacaq.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar