SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarları Azərbaycan bayrağı dalğalandırıb, bozqurd işarəsi tutublar – Tehranın Azadi stadionunda / VİDEO

2021.10.20, 07:36
“Traxtur” tərəfdarları Azərbaycan bayrağı dalğalandırıb, bozqurd işarəsi tutublar – Tehranın Azadi stadionunda / VİDEO

Gunaz.tv

GünAz TV: Tehranın Azadi stadionunda bu şəhərin  “İstiqlal” və Təbrizin “Traxtur” komandası arasında keçirilən görüş zamanı Azərbaycanın üçrəngli bayrağı dalğalandırılıb.

 

Bayraq həm stadionunun qarşısında həm də daxilində nümayiş etdirilib.

 

https://www.youtube.com/watch?time_continue=18&v=a9GUJtng_6Y

 

 

Təhlükəsizlik qüvvələri görüşlər zamanı Azərbaycan və Türkiyə bayraqlarının stadiona aparılmasına mane olmağa çalışır, buna baxmayaraq əksər görüşlərdə türk bayraqları dalğalandırılır.

 

 

Aşağıdakı videoda isə minlərlə “Traxtur” tərəfdarının bozqurd işarəsi tutduğu görünür.

 

https://www.youtube.com/watch?time_continue=14&v=NUFQIHpb0y0

 

“Traxtur”-“İstiqlal” görüşü avqustun 10-u Təbriz vaxtı ilə saat 20:30-da keçirilib, oyun 3:0 hesabı ilə “İstiqlal”ın xeyirinə başa çatıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar