SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarları ilə bağlı xəbər Türkiyə kanalları və beynəlxalq mətbuatda geniş işıqlandırılıb - VİDEO

2021.10.20, 07:36
“Traxtur” tərəfdarları ilə bağlı xəbər Türkiyə kanalları və beynəlxalq mətbuatda geniş işıqlandırılıb - VİDEO

Gunaz.tv

GünAz TV: Noyabrın 2-də Güney Azərbaycanın “Traxtur” futbol klubu Tehranın “İstiqlal” komandasını səhənd stadionunda qəbul edib.

 

Görüş komanda azarkeşlərinin arzu etdiyi kimi Azərbaycan komandasının xeyirinə yekunlaşmasa da, yenə də qazanan Azərbaycan və “Traxtur” tərəfdarları olub.

 

Xəbər verdiyimiz kimi, stadionda tamaşaçı qismində iştirak edən 80 mindən çox soydaşımız oyun boyu milli şüarlar səsləndirib və bir çox bannerlər nümayiş etdiriblər.

 

Stadionda yer olmadığından təxminən 20 min azarkeş ətraf təpələrin üstündən oyunu izləyib.

 

https://www.youtube.com/watch?time_continue=19&v=0RilD97QSCw

 

 

Səhənd stadionunun azərbaycanlı azarkeşlər tərəfindən milli şüarlarla lərzəyə gətirilməsi xəbəri beynəlxalq mətbuatda geniş işıqlandırılıb.

 

“Traxtur” tərəfdarlarının türk əsgərinə hərbi salam verməsi və “Türkiyə - Türkiyə” şüarı səsləndirərək Türkiyənin Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatına dəstək verməsi xəbəri bu ölkənin ən məşhur xəbər agentlikləri və telekanallarında yayılıb.

 

Türkiyənin “7” və “a tv” kanalları xəbəri işıqlandıran televiziyalardandır:

 

https://www.youtube.com/watch?time_continue=40&v=qpyL2s4dBo4

 

https://www.youtube.com/watch?time_continue=6&v=yjxqQvLWC9Q

 

 

“Sabah” qəzeti isə “Güney Azərbaycan” sözünü işlədərək “80 min tərəfdardan əsgər salamı” başlıqlı xəbər yayıb.

 

 

“Traxtur” görüşü ilə bağlı xəbər Asiya Futbol Federasiyasının rəsmi İnstaqram səhifəsində də yayılıb.

 

 

 

“433” məşhur futbol İnstaqram səhifəsi də Təbrizdə keçirilən görüş barədə xəbər və görüntü yayıb.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar