SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarları stadionda məhkəmənin Abbas Lisaniyə qarşı çıxardığı ədalətsiz hökmə etiraz ediblər- VİDEO

2021.10.20, 07:36
“Traxtur” tərəfdarları stadionda məhkəmənin Abbas Lisaniyə qarşı çıxardığı ədalətsiz hökmə etiraz ediblər- VİDEO

Gunaz.tv

GünAz TV: “Traxtur” futbol komandasının tərəfdarları Ərdəbil Apelyasiya Məhkəməsinin Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Abbas Lisaniyə qarşı çıxardığı ədalətsiz hökmə etiraz ediblər.

 

“Traxtur”un güney azərbaycanlı tərəfdarları komandanın dünən “Pars Cənubi” komandası ilə Təbrizin Səhənd stadionunda keçirilən görüşü zamanı məşhur türk fəal Abbas Lisaninin azadlığını tələb edən və məhkəmənin ədalətsiz hökmünə qarşı şüarlar yazılmış plakat qaldırıblar.

 

Plakatın üzərinə Türk və ingilis dillərində “Abbas Lisanini azad edin!” şüarı yazılıb.

 

 

Bir qrup azarkeş isə Barselona futbol komandasının tərəfdarlarının açdığı plakatla oxşar yazıları ehtiva edən plakat qaldırıblar. Onun üzərində “yalnız diktatorlar sülhsevər siyasi rəhbərləri həbs edirlər” cümləsi yazılıb. Bu yazı iki gün öncə Barselonanın azarkeşlərinin qaldırdıqları plakat üzərində yazılmışdı.

 

 

Xatırladaq ki, cari ilin iyul ayının 8-də Ərdəbil İnqilab Məhkəməsi Abbas Lisaninin 8 il həbs və 2 il Yəzdə sürgün edilməsilə bağlı hökm çıxarmışdı. Oktyabrın 1-də isə Ərdəbil Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi Nasir Ətəbatinin sərdliyi ilə keçirilmiş iclasda fəalın 8 illik həbs cəzasını 15 ilədək artırıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar