SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarları “türk dilində mədrəsə...” şüarı səsləndirib və Urmu gölünə dəstək verən banner nümayiş etdiriblər- VİDEO

2021.10.20, 07:36
“Traxtur” tərəfdarları “türk dilində mədrəsə...” şüarı səsləndirib və Urmu gölünə dəstək verən banner nümayiş etdiriblər- VİDEO

Gunaz.tv

GünAz TV: Təbrizin səhənd stadionunda növbəti dəfə milli şüarlar səsləndirilib.

 

Super liqa yarışlarının 12-ci həftəsində Azərbaycanın “Traxtur” futbol komandası ilə İsfahanın “Zob Ahən” komandası Təbrizin səhənd stadionunda qarşılaşıb. 4:1 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşan görüşdə 70 mindən çox soydaşımız tamaşaçı qismində iştirak edib. “Traxtur”un hər görüşündə olduğu kimi, bu dəfə də oyunun 15-ci dəqiqəsində “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı stadionu lərzəyə gətirib.

 

https://www.youtube.com/watch?time_continue=6&v=H12Qzbt3nq8

 

Bundan əlavə “Traxtur” tərəfdarları Urmu gölü böhranının qarşısının alınmamasına da etiraz ediblər. Onlar “Urmu gölü canımdır – Türk dili varlığımdır” yazılmış banner nümayiş etdirərək qurumaqda olan Urmu gölünə dəstək verib, türk dili və ədəbiyyatına bağlı olduqlarını bir daha dilə gətiriblər.

 

https://www.youtube.com/watch?time_continue=16&v=Esuekt4vOJc

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar