SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarlarından bir neçəsi müvəqqəti azadlığa buraxılıb

2021.10.20, 07:36
“Traxtur” tərəfdarlarından bir neçəsi müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Aprelin 19-da Təbrizin səhənd stadionu və ətraf küçələrdə saxlanılan çox sayda “Traxtur” futbol komandası tərəfdarlarından bir neçəsi müvəqqəti azadlığa buraxılıb.

 

Məlumata görə, saxlanılan soydaşlarımızdan 11-i aprelin 27-də Təbrizin Mərkəzi Zindanından ağır mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Təbriz zindanında hələ də 10 “Traxtur” tərəfdarının qeyri-müəyyən vəziyyətdə saxlandığı bildirilir.

 

Stadionda tutulan soydaşlarımızın başqa zindanlara da aparıldığı ehtimal olunur.

 

Qəzvinli “Traxtur” tərəfdarı Mehdi Həbibullahi müvəqqəti azadlığa buraxılanların arasında olub, o 1 milyard 200 milyon tümənlik mülki vəsiqə qarşılığında azad edilib.

 

Xatırladaq ki, aprelin 19-da Təbrizin “Traxtur” klubu “Peykan” komandasını səhənd stadionunda qəbul edib. Görüş zamanı və oyun bitdikdən sonra “Traxtur” tərəfdarları Azərbaycan komandasına qarşı qurulan ssenari, hakimlərin qərəzli qərarları və Tehranla İsfahan komandalarının xeyirinə olaraq ayrı-seçkilik edildiyinə qarşı etiraz şüarları səsləndiriblər. Soydaşlarımızın şüar səsləndirməsi təhlükəsizlik qüvvələrinin rezin dəyənək və gözyaşardıcı qazla hücuma keçməsinə bəhanə olub. Təhlükəsizlik qüvvələri tərəfindən döyülən komanda tərəfdarlarından bir çoxu, o cümlədən yeniyetmələr yaralanıb. Həmin hadisədə onlarla soydaşımız saxlanılaraq naməlum istiqamətə aparılıb. Stadion və onun ətrafında böyük izdiham yaşandığı üçün saxlanılan komanda tərəfdarlarının kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

 

Tutulanlar arasında Sulduz, Makı, Qoşaçay, Qəzvin və s. kimi şəhərlərdən gələn çox sayda “Traxtur” tərəfdarı olub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar