SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarlarının səsləndirdiyi milli şüarların VİDEOSU

2021.10.20, 07:36
“Traxtur” tərəfdarlarının səsləndirdiyi milli şüarların VİDEOSU

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, şənbə Günü Təbrizin “Traxtur” futbol klubu “Pars Cənubi Cəm” komandasını səhənd stadionunda qəbul edib.

 

Super liqa yarışlarının 29-cu həftəsində keçirilən görüşdə milli şüarlar səsləndirilib. Oyunun 15-ci dəqiqəsində gur səslə “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı səsləndirən “Traxtur” tərəfdarları ölkə konstitusiyasının 15-ci maddəsinin icrasını və ana dilində təhsil tələb ediblər. Şüar səsləndirilən zaman İran televiziyası komanda tərəfdarlarının səsini kəsib.

 

Bundan əlavə, mayın 8-ı axşam saatlarında Təbrizin üstü örtülü ikiqapılı bazarında baş verən yanğın da “Traxtur” tərəfdarlarının diqqət mərkəzində olub. Onlar dəhşətli yanğının qarşısını alan Azərbaycanın yanğınsöndürən qrupuna öz təşəkkürlərini bildirib, fədakarlıqlarına görə qədrdanlıq ediblər. Soydaşlarımız bu məqsədlə aşağıdakı şüarı səsləndirib:

“Ey qəhrəman Atəşnişan

Qurban olum qeyrətizə

Şirin canı oda vurduz

Can yandırdız qoca Təbrizə”

 

https://www.youtube.com/watch?time_continue=35&v=w3UHiBcwpEo

 

 

Qeyd edək ki, çərşənbə günü axşam saatlarında Təbrizin tarixi bazarında baş verən yanğında 113 mağaza yanıb, soydaşlarımıza bütövlükdə 20 milyard tümən məbləğində maddi ziyan dəyib. Bu hadisədə Təbrizin yanğınsöndürən qrupunun 19 nəfəri xəsarət alıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar