SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarlarının türk əsgərinə hərbi salam verməsi Türkiyə mətbuatında geniş işıqlandırılıb – GÖRÜNTÜ

2021.10.20, 07:36
“Traxtur” tərəfdarlarının türk əsgərinə hərbi salam verməsi Türkiyə mətbuatında geniş işıqlandırılıb – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Təbrizin səhənd stadionunda 80 mindən çox “Traxtur” tərəfdarının Türkiyənin Suriyanın şimalında kürd terror qruplaşmalarına qarşı həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatına dəstək nümayiş etdirməsi Türkiyənin kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

 

Bu hadisə noyabrın 1-də Güney Azərbaycanın “Traxtur” futbol komandası ilə Tehranın “İstiqlal” komandasının qarşılaşması zamanı baş verib.

 

Türkiyə Anadolu dövlət agentliyi xəbəri işıqlandıraraq yazıb ki, komandanın bir çox tərəfdarı görüş başlamadan öncə türk əsgərinə hərbi salam verib, şəkillər çəkib və görüntülərini yaymaqla PKK / YPG terror qruplaşmalarına qarşı əməliyyat keçirən türk ordusuna dəstək nümayiş etdirib.

 

Haberlər, aHaber, “Haber Türk”, Sözcü, NTV, “Yeni Şafak”, “Son dakika”, “Time Türk”, “Takvim”, “Daily motion” saytının türkcə bölümü, “Türk Time Spor” və  s. kimi xəbər agentlikləri də bu xəbərə geniş yer verib.

 

Məşhur Microsoft proqram şirkətinin türkcə bölümü də bu barədə xəbər yayaraq “Güney Azərbaycanın sevimli komandası “Traxtur”un 80 min azarkeşi birlikdə “Türkiyə” adını dilə gətirdilər” deyə qeyd edib.

 

Sözügedən xəbər Türkiyə vətəndaşlarının Twitter, Facebook və İnstaqram səhifələrində də geniş yayılıb.

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar