SON XƏBƏRLƏR

“Traxtur”un rəqibləri olan “İstiqlal” və “Perspolis” klublarının 18 və 15 milyard tümən borcları ödənilib – Nazirlik tərəfindən

2021.10.20, 07:36
“Traxtur”un rəqibləri olan “İstiqlal” və “Perspolis” klublarının 18 və 15 milyard tümən borcları ödənilib – Nazirlik tərəfindən

Gunaz.tv

GünAz TV: İranın Gənclər və İdman naziri Məsud Sultanifər Tehranın “İstiqlal” və “Perspolis” klublarının sıralama ilə 18 və 15 milyard tümən borclarını ödədiyini bildirib.

 

O bu barədə Olimpiya Milli Komitəsinin mətbuat orqanının komissiya üzvləri ilə danışığında məlumat verib.

 

““İstiqlal” və “Perspolis” klubları üçün əsaslı işlər görülüb. Bu klubların gələcək iki ildə heç bir maliyyə sıxıntısı olmayacaq. Klubların borclarının 80 faizindən çoxu öz həlli tapıb. İqtisadiyyat naziri və vergi işləri üzrə məsullarla birlikdə son 15 ilin vergi məsələləri ilə bağlı cərimələri də yoluna qoyduq. Bu baxımdan da klubların heç bir problemi olmayacaq.

 

Mən nazir vəzifəsinə seçiləndə klubların 100 və 70 milyard tümənlik vergi cərimələri ilə üzləşdim. Klubların hüquqi və fiziki şəxslərə də böyük məbləğdə borcu var idi. Ötən il “İstiqlal” və “Perspolis”in fiziki şəxslərə olan sıralama ilə 18 və 15 milyard tümən borcunu ödədik. Artıq hər iki klubun Asiya Futbol Konfederasiyası və Vəziyyəti Müəyyənləşdirən Komitədə müəyyən edilmiş borclarının 80 faizdən çoxu ödənilib”- deyə M.Sultanifər bildirib.

 

Gənclər və İdman naziri sözlərinin sonunda Məhkəmə Sisteminin rəisi, Tehran Ədliyyə Şöbəsinin rəisi, Tehran prokuroru və müavinlərindən paytaxt klublarının yüz milyardlar tümən məbləğində borclarını yoluna qoyduqları üçün təşəkkür edib.

 

İran hökumətinin Tehran klublarına olan münasibətini  nazirin etiraflarından anlamaq mümkündür. Lakin Azərbaycan klubları, o cümlədən Təbrizin “Traxtur” futbol klubu nəin ki dövlət tərəfindən dəstəklənmir, hətta təhlükəsizlik qüvvələri və Futbol Federasiyası İnzibati Komitəsinin təzyiqləri altında fəaliyyət göstərir. Klubların dövlətdən milyardlar tümən dəstək alması, şübhəsiz ki, onların yarışlarda güclü çıxış etməsi deməkdir. Eyni yardım rəqib komandalara edilmədiyi üçün, bu açıq-aşkar ayrı-seçkilik və ədalətsiz hesab olunur. Bu səbəbdən azərbaycanlılar uzun illərdir dövlətin Azərbaycan idmanı, xüsusi ilə də “Traxtur” komandasına olan qərəzli münasibətinə etiraz bildirir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar