SON XƏBƏRLƏR

“Traxtur”un türkmən tərəfdarları Təbrizdə - “Perspolis”lə görüş günündə / VİDEO

2021.10.20, 07:36
“Traxtur”un türkmən tərəfdarları Təbrizdə - “Perspolis”lə görüş günündə / VİDEO

Gunaz.tv

GünAz TV: Bu gün Təbrizin “Traxtur” futbol komandası Tehranın “Perspolis” komandasını səhənd stadionunda qəbul edəcək.

 

Super liqa yarışlarının çempionunu müəyyənləşdirməkdə  böyük əhəmiyyət kəsb edən bu görüş bütün soydaşlarımız tərəfindən həssaslıqla izlənilir. Hətta “Traxtur”un bir çox türkmən tərəfdarları görüşü izləmək üçün Təbrizə gəlib.

 

https://www.youtube.com/watch?time_continue=7&v=oSg9WKtmQ0c

 

 

İki həftə əvvəl internetdə yayılan məlumatda qeyd olunmuşdur ki, “Türkmən səhra” sel bölgəsinə edilən yardımlarla əlaqədar azərbaycanlılara qədrdanlıq etmək məqsədi ilə belə bir qərar verilib. Məlumatda Təbrizə səfər edəcək bütün türkmən “Traxtur” tərəfdarlarının xərcinin məşhur türkmən futbolçu Sərdar Azmun tərəfindən qarşılanacağı da qeyd olunmuşdur.

 

https://www.youtube.com/watch?time_continue=31&v=43Wz7quUw3Q

 

Türkmən “Traxtur” tərəfdarları yol boy Azərbaycan eşqinə bir çox şüarlar səsləndiriblər. Onlar Təbrizin “El gölü” parkında  azərbaycanlılar tərəfindən böyük sevinclə qarşılanıb.

 

https://www.youtube.com/watch?time_continue=16&v=pTLaQcQq6po

 

Xatırladaq ki, azərbaycanlı mədəni fəallar Novruz bayramı günlərində güclü sel fəlakətinə məruz qalan “Türkmən səhra” bölgəsinə yardım etmək üçün əllərindən gələni etdilər. Onlar müxtəlif kampaniyalar keçirərək Azərbaycan əhalisindən topladıqları yardımları təbii fəlakətdən zərərçəkən türkmənlərə göndərdilər.

 

Bir müddət əvvəl Sərdar Azmun “Traxtur” tərəfdarları və Azərbaycandan “Türkmən səhra”ya yardıma gedənlərin şəkillərini paylaşaraq Azərbaycan əhalisinə xüsusi təşəkkürünü bildirmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar