SON XƏBƏRLƏR

“Traxtur”un yeni baş məşqçisi Təbrizə gəldi

2021.10.20, 07:36
“Traxtur”un yeni baş məşqçisi Təbrizə gəldi

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandasının yeni baş məşqçisi Con Toşak İstanbul-Təbriz reysi ilə çalışacağı şəhərə daxil olub.

 

Uelsli məşhur mütəxəssis Təbrizin Beynəlxalq Mədəni Hava Limanına endiyi zaman “Traxtur” tərəfdarları tərəfindən coşqu ilə qarşılanıb, o isə öz növbəsində bütün komanda tərəfdarlarına hörmət və  təşəkkürünü bildirib.

 

C.Toşak 3 illik müqavilə əsasında “Traxtur” komandasını çalışdıracaq.

 

Yeni baş məşqçi komanda tərəfdarlarının müşayiəti ilə hava limanından qalacağı hotelə aparılıb.

 

Məlumata görə, C.Toşak bu gün Təbriz saatı ilə saat 18:00-da “Traxtur” klubuna məxsus stadionda oyunçuların məşqindən əvvəl bütün komanda tərəfdarlarına təqdim olunacaq.

 

Qeyd edək ki, “Traxtur” klubu 18-ci super liqa yarışlarına yeni baş məşqçi, yeni texniki heyət və klub sahibi ilə başlayacaq. Klubda bu yenilənmə komanda tərəfdarlarında xüsusi ümid yaradıb.

 

Qeyd edək ki, “Real Madrid” komandasının keçmiş baş məşqçisi, 69 yaşlı Con Toşak iyun ayının əvvəllərində Təbrizin “Traxtur” klubu ilə 3 illik müqavilə imzalayıb. Çoxlarının fikrinə görə, uelsli baş məşqçinin Azərbaycan komandasına cəlb olunmasını klubu üçün super transfer adlandırmaq olar.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar