SON XƏBƏRLƏR

“Traxtur”-“Urmiya 90” görüşü ləğv olundu – Səbəb?

2021.10.20, 07:36
“Traxtur”-“Urmiya 90” görüşü ləğv olundu – Səbəb?

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” və “Urmiya 90” komandalarının həssas oyunu görüşə bir gün qalmış ləğv olunub.

 

Bu saatlarda yayılan məlumata görə, məsullar bunu şəraitin müsaid olmaması ilə izah edib.

 

“Traxtur”la “Urmiya 90” İran kuboku yarışları çərçivəsində noyabrın 26-da Urmiyanın Təxti stadionunda qarşılaşmalı idi. Güney Azərbaycanın ən çox tərəfdarı olan komandalarının görüşündə çox sayda soydaşımızın tamaşaçı qismində iştirak edəcəyi gözlənilirdi. Lakin rejim ötən günlərdə benzinin qiymətinin bahalaşması ilə İran və Güney Azərbaycan şəhərlərində başladılan kütləvi etiraz aksiyalarının yenidən alovlanmasından ehtiyatlanaraq önləyi tədbirlərini davam etdirir.

 

Ötən həftə də İran çempionatının I dəstəsinin oyunları və super liqa yarışları çərçivəsində bir neçə görüş ləğv edildi, “Urmiya 90”-“Fəcr sepasi” və “Traxtur”-“Şəhri-i Xodro” görüşləri o cümlədən idi.

 

“Traxtur”-“Urmiya 90” görüşünün 2 həftə sonra Urmiyanın Bakiri stadionunda keçiriləcəyi bildirilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar