SON XƏBƏRLƏR

Traxturun yeni baş məşqçisi Mustafa Dənizli azarkeşlərin iştirakıyla komanda ilə tanış olub- VİDEO

2021.10.20, 07:36
Traxturun yeni baş məşqçisi Mustafa Dənizli azarkeşlərin iştirakıyla komanda ilə tanış olub- VİDEO

Gunaz.tv

GünAz TV: Traxtur timinin yeni baş məşqçisi Mustafa Dənizli timin tərəfdarlarının iştirakı ilə futbolçularla tanış olub.

 

İyunun 26-da Təbrizin “Bünyan Dizel” stadionunda keçirilən təqdimat mərasimində təqribən 5 min azərbaycanlı tərəfdar da iştirak edib. Mərasim zamanı timin yeni oyunçuları da azarkeşlərə təqdim edilib.

 

Təqdimat mərasimi zamanı texniki heyət və yeni futbolçuların stadiona girdiyi yola hörmət əlaməti olaraq qırmızı xalça sərilib, meydançanın kənarında türk dilində Mustafa Dənizliyə xoş gəldin sözləri yazılmış banner qoyulub.

 

Mərasimdə türk dilində danışan Dənizli bildirib ki, “bu il Təbrizdə tərəfdarlarına layiq tim yaradacam, çünki hədəfimiz qalib olmaqdır”.

 

Güney Azərbaycanın müxtəlif şəhərlərindən stadiona gələn tim tərəfdarları “Nə mutlu türkəm deyənə”, “Mustafa Dənizli, şampiyon yap bizi” və “Azərbaycan diyarımız, Traxtur iftixarımız” kimi şüarlar səsləndiriblər.

 

Mərasimdə Traxtur timinin sahibi Məhəmmədrza Zinuzi və Şərqi Azərbaycanın valisi Məhəmmədrza Purməhəmmədi də iştirak ediblər.

 

Qeyd etmək lazımdır ki, təhlükəsizlik orqanları əməkdaşları daha öncə tərəfdarların Mustafa Dənizlini hava limanında qarşılamağına əngəl törətmişdilər.

 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar