Amerikanın BMT-nin Təhlükəsizlik Şurasının İrana qarşı qəbul etdiyi silah ebarqosunun uzadılması ilə bağlı təklif etdiyi qətnamə layihəsi qurumun üzvləri tərəfindən qəbul edilməyib.
Gunaz.tv
Məlumatlara əsasən, Təhlükəsizlik Şurasının 15 üzvündən 2-si qətnamənin lehinə, 2-si isə əleyhinə səs verib, 11 ölkə isə neytral qalıb.
Bildirilir ki, qətnamə layihəsinin qəbulu üçün 9 lehinə səsə ehtiyac var. ABŞ və Dominikan Respublikası onun lehinə səs versələr də, rəsmi Vaşinqtonun avropalı müttəfiqlərinin hamısı neytral qalıblar.
ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo qətnamənin rədd edilməsini kəskin tənqid edib.
"Təhlükəsizlik Şurası bu gün İranı cabahdeh bilmək üçün ona qarşı qətiyyətli addım ata bilmədi. Bu Şura dünyada ən böyük terror himayəçisi olan hökumətə rahat şəkildə silah alıb satmağa icazə verdi və Yaxın Şərq ölkələrinin tələblərini görməzdən gəldi. Amerika bu səhvin düzəldilməsi üçün öz işinə davam edəcək", - deyə Pompeo vurğulayıb.
Qeyd etmək lazımdır ki, sözügedən sanksiya cari ilin oktyabr ayının 18-də sona çatır. ABŞ bir müddətdir ki, bu halın baş verməməsi üçün təlaşlar göstərir. Rəsmi Vaşinqton bəyan edib ki, qətnamə qəbul edilməsə, İrana qarşı BMT-nin bütün sanksiyalarının qaytarılması üçün tətik mexanizmindən istifadə edəcək.
Ə.A