Türk birliyinə doğru: “Şuşada Türk Xalqları Universiteti yaradılsın”-TƏKLİF

2021-04-16 15:05

​​​​​​​Son vaxtlar türk dövlətləri arasındakı inteqrasiya sürətlənib. Türk dövlətləri arasında siyasi, iqtisadi əlaqələrlə yanaşı mənəvi bağlar da möhkəmlənir.

Gunaz.tv Quote | Gunaz article

Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü deyib ki, bu proses türk dövlətlərinin birliyinin güclənməsinə gətirib çıxaracaq:

Mübariz Göyüşlünün tərcümeyi-halı – Dialoq.info

“Bu proses dünyaya ədalət və barış gətirəməkdədir. Regional güc olan Türk Konseyi, gələcəkdə Türk Dövlətləri Birliyinə çevrilməklə, sıralarına Türkmənistan, Ukrayna, Cənubi Koreya kimi dövlətləri də almaqla daha da güclənəcək.

Dövlətlər tərəfindən aparılan bu birliyin alt qatının mədəniyyət, təhsil, elmi, ictimai, media və s. platformalarda doldurulması lazımdır”. 

Türk dövlətləri arasında təhsil sahəsində əməkdşalıq,  tələbə mübadiləsi mümkündürmü? 

Mübariz Göyüşlü hesab edir ki, Bakıda və Azərbaycanın hansısa başqa bir şəhərində türk xalqlarının tarixini, dilini, ədəbiyyatını öyrənən Türk Xalqları Universitetinin yaradılması lazımdır:

“Türk xalqlarının mədəni əlaqələrinin güclənməsi  çox vacib bir prosesdir. Təhsil də bu istiqamətdə çox böyük əhəmiyyət kəsb edir. TÜRKSOY-un, Türk Mədəniyyəti və İrsi Fondunun mövcudluğu mədəni inteqrasiyanı, Türk Akademiyasının fəaliyyəti elmi istiqamətdə birliyi təmin edir. 

Şuşa: Qarabağın döyünən ürəyi - BBC News Azərbaycanca

Bu çalışmalarda təhsil sahəsində işlərin görülməsinə, mövcud olan ikitərəfli əlaqələrin, çalışmaların daha da genişləndirilməsinə böyük ehtiyac var. 

O baxımından mən Türk Xalqları Universitetinin yaradılmasını dəstəkləyirəm. Bu həll edilməli olan çox vacib bir məsələdir. 

Bu universitet vasitəsilə türk dünyasının müxtəlif tərəflərindən gələn gənclərə yüksək səviyyəli təhsil verilməsi, onlara birlik, bərabərlik şüuru aşılanması bizə çox şey qazandıra bilər. 

Təhsilə qoyulan investisiya itmir, o mütləq özünü gələcəkdə biruzə verir. Bu Universitetdə yalnız türk dünyasından gələn gənclərə deyil, dünyanın dörd bir tərəfindən olan şəxslərə qapılar açıq olmalıdır. Biz bununla həm mədəniyyətimizi təbliğ edə, həm yüksək təhsil verə, həm də birliyimizi daha da gücləndirə bilərik”. 

M.Göyüşlü deyib ki, bu ali məktəb Gəncədə və ya Şuşada fəaliyyət göstərə bilər:

 

“Bu universitetin Gəncədə olması faydalı ola bilər. Yaxud onu Şuşa şəhərində təsis edib yerləşdirmək də mümkün ola bilər. 

Bununla biz Azərbaycanın dilbər bir guşəsində türk dünyasına xidmət edə biləcək böyük bir mərkəzi yerləşdirə, Şuşaya olan diqqəti daha da artıra bilərik. Bu amilin başqa faydaları da ola bilər. 

 

Biz bir ictimaiyyətçi, türk birliyinin fəal tərəfdarı kimi bu təklifi səsləndiririk. Mütəxəssislərin onu dəyərləndirməsi, layihələndirməsi, həyata keçirməsi lazımdır. Güman edirəm ki, gələcəkdə bu istiqamətdə işlər görüləcək və bundan Azərbaycan, bütün Türk Dünyası faydalanacaq”.

 

M,Göyüşlü deyib ki, bu universitetdə türk dövlətləri ilə yanaşı türk topluluqlarından tələbələr təhsil ala bilər: “Bu ali məktəbdə Güney Azərbaycandan, Kərkükdən, Borçalıdan, Dərbənddən, Rusiyanın başqa şəhərlərində yaşayan azərbaycanlıların təhsil alması da təmin edilməlidir”.

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ Ukraynanın NATO üzvlüyünə dəstək verdi

2021-05-06

gun az article

Vətən müharibəsində itkin düşmüş zabitimizin nəşi tapılıb

2021-05-06

gun az article

Avropa İttifaqı çevik hərbi qüvvələr yaradacaq

2021-05-06

gun az article

Azərbaycanda ilk dəfə inşa edilən “Ro-Pax” gəmisi ilə Qazaxıstana yükdaşıma başlanılır-VİDEO

2021-05-06

gun az article

BMT-nin Baş katibi fəlakətin yaxınlaşdığını elan etdi

2021-05-06

gun az article

İcra başçısının qalmaqallı müavini işdən çıxarıldı

2021-05-06

gun az article

Bu tarixdən 18 yaşına çatmış hər kəs vaksin vurdura biləcək

2021-05-06

gun az article

Çavuşoğlu: “Bəzi məsələlərdə Moskva ilə Ankaranın mövqeyi haçalanır”

2021-05-06

gun az article

Koçaryanın Paşinyana qarşı iddiası əsasında məhkəmə başlayıb

2021-05-06

gun az article

Azərbaycanda son sutkada 2057 nəfər COVID-19-dan sağalıb, 844 nəfər yoluxub

2021-05-06

gun az article

İranın Hormozqan əyalətində tikilmiş yeni raket bazasının peykdən çəkilmiş şəkilləri yayılıb - FOTO

2021-05-06

gun az article

Bağdadda İran rəhbərlərinin şəkilləri yığışdırıldı-Baş nazir göstəriş verdi

2021-05-06

gun az article

Türkiyə XİN: Latviya parlamentinin “erməni soyqırımı”nı tanımasını rədd edirik

2021-05-06

gun az article

Ermənistanın Qarabağ məğlubiyyəti: 1580 cinayət işi açılıb, 628 nəfər istintaqa cəlb edilib

2021-05-06

gun az article

Vətən Müharibəsi qəhrəmanlarının mənzilləri tarixi abidə sayılacaq

2021-05-06

gun az article

İranda koronavirusdan daha 338 nəfər vəfat edib, 18 409 nəfər virusa yoluxub – RƏSMİ STATİSTİKA

2021-05-06

gun az article

Prezident: "Gələn il Türk Şurasına sədrlik Qırğızıstana keçəcək"

2021-05-06

gun az article

Orxan Nəzərli Dövlət Vergi Xidmətinin rəisi təyin edilib

2021-05-06

gun az article

Əmlak Məsələləri Dövlət Xidmətinə rəis təyin edilib

2021-05-06

gun az article

Sergey Lavrov: "Qarabağda vəziyyət normallaşıb"

2021-05-06