SON XƏBƏRLƏR

“Türk dilini öyrənmək və “Traxtur”u dəstəkləmək panfarsistlərə yaxşı cavab olardı” – Qaşqay türklərinə mənsub fəal / VİDEO

2021.10.20, 07:36
“Türk dilini öyrənmək və “Traxtur”u dəstəkləmək panfarsistlərə yaxşı cavab olardı” – Qaşqay türklərinə mənsub fəal / VİDEO

Gunaz.tv

GünAz TV: Qaşqay türklərinə mənsub bir fəal İslam İnqilabı Keşikçilər Korpusuna (“Sepah”) bağlı “Təsnim” xəbər agentliyinin Qaşqay türklərini hədəfə alan karikatura yaymasını kəskin şəkildə pisləyib.

 

Səməd Muğanlı adlı Qaşqay fəal bu barədə bir video yayaraq sosial şəbəkələr istifadəçilərinin diqqətini çəkib.

 

O türk millətinə xitabən deyib:

“Bütün türk bacı və qardaşlarımı salamlayıram. Mən “Təsnim” xəbər agentliyinin təhqiramiz karikaturasını pisləyərək bildirirəm ki, karikaturadan narahat olan varsa, buna cavab olaraq türk dilini yaxşı öyrənib və öyrətməliyik. Bu istiqamətdə türk kimliyimizi də qoruyub saxlamalıyıq”- deyə o vurğulayıb.

 

S.Muğanlı sözlərinin davamında bütün türkləri qarşıdakı oyunlarda Qaşqay komandası və Təbrizin “Traxtur” futbol komandasına dəstək verməyə çağırıb.

 

https://www.youtube.com/watch?v=bXvIKA8sUp4

 

 

Avqustun 20-də İslam İnqilabı Keşikçilər Korpusununa bağlı “Təsnim” xəbər agentliyi türklərə qarşı qərəzli mövqeyini brüzə verərək İranda iqtisadi dövlət mafiyasını Qaşqay türkləri ilə əlaqələndirmişdir.

 

Xəbər agentliyi yaydığı bir karikaturada ölkədə baş verən korrupsiya və oğurluğu özünəməxsus şəkildə izah edib.

 

“Korlanmış ağazadələr (cəmiyyətdə xüsusi imtiyazlı dövlət rəsmiləri belə adlanır)  beytul-mal süfrəsinin başında” adı altında dərc olunan karikaturada ölkədəki korrupsiya və iqtisadi mafiya Qaşqay türkləri ilə əlaqələndirilib. Bunun üçün karikaturada məşhur Qaşqay elinin papağından istifadə olunub. Bu papaq Qaşqay türklərinin simvolu kimi tanınır.

 

Təhqiramiz karikaturanın yayılmasına Qaşqay türkləri ilə yanaşı Azərbaycan türkləri də kəskin reaksiya verib. Azərbaycanlı sosial şəbəkələr istifadəçiləri müxtəlif postlar paylaşaraq “Sepah”ın türklərə qarşı təhqiramiz mövqeyini kəskin şəkildə pisləyiblər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar