SON XƏBƏRLƏR

Türk ordusu AKP-çi bələdiyyə sədrini həbs etdi

2021.10.20, 07:36
Türk ordusu AKP-çi bələdiyyə sədrini həbs etdi

Gunaz.tv
Türk ordusu AKP-çi bələdiyyə sədrini həbs etdi bel.jpg Türkiyədə hakim Ədalət və Qalxınma Partiyası (AKP) ilə ordu arasındakı ziddiyyətlər dərinləşir. Bir neçə generalın həbsinə ordunun reaksiyası özünü çox gözlətməyib. Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu gün İzmirin Buca rayonu ərazisindəki Kaynaklar bələdiyyəsinin AKP-dən olan üzvü Mustafa Karagülməz jandarma tərəfindən həbs edilib. 400 jandarmanın iştirakı ilə keçirilən əməliyyat zamanı bələdiyyə başçısı da daxil olmaqla, 38 nəfər həbs olunub. Həbslər M.Karagülməz haqqında bir müddətdir “korrupsiya, rüşvət, silah qaçaqmalçılığı, tenderlərdə qanunsuzluqlar, vəzifədən sui-istifadə” ittihamları ilə istintaq aparan İzmir Prokurorluğunun təlimatı ilə aparılıb. Jandarmalar bələdiyyənin tenderlər haqqında dosyelərini və digər sənədləri müsadirə ediblər. Bələdiyyə sədrinin evində də axtarış aparılıb. Əməliyyat yerli əhali arasında “deyəsən, çevriliş olur” kimi panikaya səbəb olub. Qeyd edək ki, Türkiyədə Jandarma Qüvvələri ordunun Baş Qərargahına tabedir və ictimai asayişə cavabdehdir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar