SON XƏBƏRLƏR

Türk polisi Əl-Qaidə ilə əlaqəsi olmaqda şübhəli bilinən 120 nəfəri həbs edib

2021.10.20, 07:36
Türk polisi Əl-Qaidə ilə əlaqəsi olmaqda şübhəli bilinən 120 nəfəri həbs edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə polisi Əl-Qaidə terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 120 nəfəri saxlayıb. Dövlət xəbər agentliyi bildirib ki, bir neçə əyalətdə eyni vaxtda reydlər keçirilib və tutulanlar arasında Əl-qaidənin Türkiyədəki şəbəkələrinin şübhəli lideləri də olub. Bazar ertəsi keçirilən eyni əməliyyat zamanı isə 25 adama qarşı hökm oxunub. Şübhəli şəxslərdən yalnız 15-i araşdırmalardan sonra azadlığa buraxılıb. Polis rəsmilərinin verdiyi məlumata görə, saxlanılan şəxslərin arasında bir nəfər tələbə də olub ki, o qaldığı tələbə yataqxanasından bəzi şəxsləri xüsusi təlimlər keçmək üçün Əfqanıstana yollamaqda ittiham olunur. Türkiyədən alınan məlumatlara əsasən ola bilsin ki, reydlər zamanı tutulanların Əfqanıstandakı türk əsgərlərini və Türkiyədəki polis işçilərini öldürmək kimi planlarda əli olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar