SON XƏBƏRLƏR

“Türk Ulduzları” Bakı səmasında – VİDEO / GÖRÜNTÜ

2021.10.20, 07:36
“Türk Ulduzları” Bakı səmasında – VİDEO / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Türkiyə Hərbi Hava Qüvvələrinin aviaqrupları Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçirilən bayram tədbirlərində iştirak edib.

 

Bu gün hərbi paraddan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçirilib.

 

Təyyarələrin nümunəvi uçuşlarını Dənizkənarı Milli Parkın ərazisindən çoxlu sayda insan izləyib.

 

Qeyd edək ki, “Türk Ulduzları” 2001-ci ilin avqustunda da Bakı səmasında nümunəvi uçuşlar həyata keçiriblər.

 

Video:

https://www.youtube.com/watch?time_continue=12&v=7eDeRf2asj4

 

https://www.youtube.com/watch?time_continue=18&v=yb2scidOedk

 

 

 

 

 

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar