Türkcənin rəsmi dil elan edildiyi gündür

2021-05-13 23:00

Bu gün türk xalqlarının tarixində önəmli günlərdən biridir. May ayının 13-də Türk dilinin dövlət dili elan edilməsinin 741 ili tamam olur. 

Gunaz.tv Quote | Gunaz article

1277-ci il may ayının 13-də Qaramanoğlu dövlətinin hökmdarı Mehmet bəy türk dilinin dövlət dili elan edilməsi barədə tarixi fərmanı xalqa elan edilib. Fərmanda deyilirdi: “Bu gündən sonra divanda, dərgahda, məclisdə, meydanda və digər yerlərdə türkçədən başqa dil işlədilməyəcək”.

Bu, Malazgirt döyüşündə qazanılan qələbəyə layiq bir zəfər idi. Bu fərman elan ediləndən 10-15 gün ərzində Anadolunun hər yerində xalq bayram edir, türk dilində şeir yarışması keçirir, mahnılar oxuyurdu. 

Qeyd edək ki, Qaramanoğulları oğuzların Avşar boyuna mənsub idi. Onlar Anadoluda ən güclü ailə və soy qəbul edilirdi. 

Qaramanoğullarının qoyduğu ənənə sonralar türk dövlətinin və xanədanlarının siyasətinə də təsir etdi. Səvəfilər dövlətin ilk dönəmində rəsmi yazışmalar türk dilində aparılırdı. Osmanlı, Şeybani özbək dövlətində də bəzi rəsmi məktub və fərmanların  türk dilində yazıldığına dair məlumatlar var. 

Azərbaycan Repsublikasında ilk dəfə türkcə 1918-ci ildə dövlət dili elan edilib.

Sovet Azərbaycanının 1978-ci il Konstitusiyasında “Azərbaycan dili” dövlət dili kimi təsbit olunmuşdu. 1991-ci ilin 18 oktyabrın 18-də qəbul olunmuş “Müstəqillik haqqında Konstitusiya Aktı”nda və 1995-ci ilin 12 noyabrında qəbul olunmuş Ana Yasada Azərbaycan dili dövlət dili kimi təsbit edilib. 

Bu gün Türkiyə, Azərbaycan, Şimali Kipr, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan dövlətlərində yerli türk dilləri rəsmi dövlət dili elan olunub. Rəsmi Moskvanın basqılarına baxmayaraq Rusiya Federasiyasına daxil olan türk muxtar respublikalarında:Tatarıstan, Başqırdıstan, Yakutiya və digər bölgələrdə yerli dillərin inkişafına səy gösətirlir. 

Tatar, başqırd, yakut dilləri məktəblərdə tədris edilir. Lakin 30 milyon uyğurun yaşadığı Çinin Sintzyan-Uyğur Muxtar Bölgəsində türk dilinin sıxıdırılması davam edir. İran İslam Respublikasında 40 milyondan artıq türk yaşasa da rəsmi dili farscadır. İranın hakim molla rejimi panfarsist siyasət aparır, türk dilinin unutdurmağa, sıradan çıxarmağa, tədricən məhv etməyə çalışır.

Lakin bütün mürtəce rejimlər kimi İran rejiminin də bu irqçi siyasəti iflasa uğrayacaq. Ana dilində danışmaq, yazıb-oxumaq bütün millətlərin doğal haqqıdır. Bu doğal haqqı millətlərin əlindən almağa çalışan bütün rejimlər iflasa məhkumdur.

Ayxan Turan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda azərbaycanlı namizəd prezident seçkisində iştirakdan imtina etdi

2021-06-16

gun az article

Jurnalistlər Füzuli rayonuna səfərə gedib

2021-06-16

gun az article

Bu gün terror-təxribat törədən erməni silahlı dəstəsinin 14 üzvünün məhkəməsi başlayır

2021-06-16

gun az article

İran həbsxanalarında qadınlara cinsi təcavüz hekayətləri

2021-06-16

gun az article

Kosmik Agentliyə sədr təyin edilib

2021-06-16

gun az article

Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

2021-06-16

gun az article

İstiqlalçı millət vəkili vəfat edib

2021-06-16

gun az article

Türkiyə Prezidenti Cıdır düzündən paylaşım edib

2021-06-15

gun az article

Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandı

2021-06-15

gun az article

Prezident: "Türkiyə Şuşada konsulluq açacaq"

2021-06-15

gun az article

Şuşada İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü keçirilib - VİDEO

2021-06-15

gun az article

Azərbaycan koronavirus: Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Ter-Petrosyan: “Nə Koçaryan, nə də Paşinyanla koalisiya qurmayacam”

2021-06-15

gun az article

Beni Qants: “Amerika ilə birgə İranın nüvə silahına yiyələnməsinin qarşısını alacağıq”

2021-06-15

gun az article

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Şuşada qarşıladı

2021-06-15

gun az article

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb

2021-06-15

gun az article

İranın Şiraz şəhərində daha 1 bəhai həbs edilib

2021-06-15

gun az article

Prezident İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı

2021-06-15

gun az article

Selçuk Bayraktar: "Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik"

2021-06-15

gun az article

"Qafqazın tarixi yenidən yazılır"-Prezidentin sözçüsü

2021-06-15