SON XƏBƏRLƏR

Türkiyә Silahlı Qüvvәlәri vә Amerikanın hәrbi bölmәlәri Münbiçdә 8-ci müstәqil nәzarәt fәaliyyәtlәrinә başlayıb

2021.10.20, 07:36
Türkiyә Silahlı Qüvvәlәri vә Amerikanın hәrbi bölmәlәri Münbiçdә 8-ci müstәqil nәzarәt fәaliyyәtlәrinә başlayıb

Gunaz.tv

GünAz TV: Türkiyə Silahlı Qüvvələri ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbi bölmələri Suriyanın Münbiç bölgəsində 8-ci müstәqil nәzarәt fәaliyyәtlәrinә başlayıb.

 

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahı mәlumat yayıb.

 

Mәlumatda ‘‘Fәrat Qalxanı’’ әmәliyyatının keçirildiyi bölgә ilә  Münbiç arasında qalan xәtdә  Türkiyә Silahlı Qüvvәlәri ilә ABŞ hәrbi bölmәlәrinin 8-ci müstәqil nәzarәt fәaliyyәtlәrinә başladığı bildirilib.

 

Qeyd edәk ki, Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu  vә ABŞ dövlәt katibi Mayk Pompeo (Mike Pompeo)  iyunun 4-dә keçirdiklәri görüşdә Münbiçlә bağlı yol xәritәsini tәsdiqlәmişdilәr. TRT

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar