SON XƏBƏRLƏR

Türkiyə "Akkışla" futbol klubundan “Traxtur”a salam- VİDEO

2021.10.20, 07:36
Türkiyə "Akkışla" futbol klubundan “Traxtur”a salam- VİDEO

Gunaz.tv

GünAz TV: Türkiyənin Kayseri şəhərini təmsil edən "Akkışla" futbol klubunun rəhbərliyi və oyunçuları Güney Azərbaycanın “Traxtur” klubuna salam göndəriblər.


Onlar "haray, haray mən türkəm" şüarları və "Traxtur"un adını səsləndirməklə, Türkiyə və Azərbaycan türklərinin birliyini bir daha nümayiş etdiriblər.


Klubun rəhbər şəxslərindən biri bildirib ki, "bu addımın məqsədi Akkışla, Kayseri, Anadolu və bütün Türkiyənin salamını İranda olan türk soydaşlarımızın rəmzi Traxtura göndərməkdir".


"Keçmişdə Traxtur fanatları Türkiyə və Türkiyənin milli komandasına çox böyük dəstək göstəriblər. Bu video onların məhəbbətinə cavab olaraq çəkilib. Biz bununla onların göstərdiyi məhəbbətə qarşılıq vermək və səslərini eşitdiyimizi onlara çatdırmaq istədik", - deyə klub rəsmisi əlavə edib.

 

 

O, sonda "Traxtu" klubuna uğurlar arzulayıb.

 

Xatırladaq ki, noyabrın 1-də Təbrizin Səhənd stadionunda keçirilmiş "Traxtur" ilə Tehranın "İstiqlal" komandaları arasındakı maç zamanı "Traxturun" fanatları olan 80 min Güney Azərbaycan türki Türkiyə ordusuna hərbi salam vermişdi. Onlar bununla Türkiyə ordusunun Suriyanın Şimalında PKK və PYD terror təşkilatlarına qarşı apardığı anti- terror əməliyyatına dəstək nümayiş etdirmişdilər.Bu hadisə dünya, eləcə də Türkiyə mediasında geniş şəkildə işıqlandırılmışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar