SON XƏBƏRLƏR

Türkiyə-Azərbaycan: Viza rejiminin ləğvi təxirə düşdü

2021.10.20, 07:36
Türkiyə-Azərbaycan: Viza rejiminin ləğvi təxirə düşdü

Gunaz.tv

Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğvinə dair protokolun imzalanması baş tutmayıb.GünAzTv:

Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğvinə dair protokolun imzalanması baş tutmayıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə iki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Əhməd Davudoğlunun dünən Ankarada keçirilən görüşünün yekunlarına həsr olunmuş brifinqdə bildirilib.Məmmədyarovun bu səfərinin viza rejiminin ləğvinə dair protokolun imzalanması ilə bağlı olduğu barədə xəbərlər yayılmışdı. Diplomatik mənbələrin məlumatına görə, viza rejimi ləğv olarsa, məsələn, Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşı bu ölkədə vizasız 3 ay qala biləcək. Hazırda isə müddət 1 aydır.Elmar Məmmədyarov protokolun imzalanmasının nəzərdə tutulduğunu, lakin bəzi bürokratik problemlər ucbatından bunun hələlik mümkün olmadığını deyir: "Bu məsələ ilə bağlı Türkiyə tərəfindən hər şey hazırdır. Lakin Azərbaycanın bəzi prosedurları keçməsi lazımdır. Bu prosedurlar başa çatandan sonra viza rejiminin ləğvinə dair protokol imzalanacaq"."Mediaforum"un əldə etdiyi bilgiyə görə, viza protokolunun məzmunu ilə bağlı heç bir problem yoxdur və bütün detallar razılaşdırılıb. Sona yalnız Azərbaycan XİN-in layihədə bəzi düzəlişlər etməsi qalıb.Dünən Davudoğlu Azərbaycana verilən önəmin əlaməti olaraq XİN-in yeni binasında ilk olaraq nazir Elmar Məmmədyarovu qonaq edib. Görüşdən sonrakı brifinqdə bir vaxt Ankara ilə Bakı arasında yaşanan gərginliyə toxunan Davudoğlu bildirib ki, Türkiyə ilə Azərbaycanın arasından qara pişik keçməyib və yanlış anlaşılmadan söhbət gedə bilməz: "Bir ailə içərisində necə məsləhətləşmələr olarsa, biz də elə etdik. Münasibətlərimizi heç axsatmadıq. Hər gün, bəzən gündə bir neçə dəfə telefonla əlaqə saxladıq".Davudoğlu iki ölkə arasında yanlış anlaşmaya izn verilməyəcəyini söyləyib: "Türkiyə ilə Azərbaycanın arasına fitnə girməsinə izn vermərik. Heç kim belə yanaşma içərisində olmamalıdır. Türkiyə və Azərbaycan hər zaman hər məsələni açıq şəkildə danışar, bütün məsələləri birlikdə müzakirə edər, eyni perspektivdən baxar. Fikir ayrılığımız olsa belə, onları da müzakirə etməyi, danışmağı və nəticəyə çatdırmağı bacarırıq".Elmar Məmmədyarov Türkiyənin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olduğunu xatırladıb və Ankaranın hər zaman Azərbaycana dəstək olduğunu söyləyib. Nazirimiz Türkiyə ilə bütün məsələlərin qardaşlıq havası içində açıq şəkildə müzakirə edildiyini vurğulamışdır.Minsk Qrupu dinamikanı artırsınDavudoğlu ikitərəfli münasibətlərin inkişafını və bölgədəki durumu, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ətraflı müzakirə etdiklərini deyib: "Qafqazda sülhün çox yaxın olduğu qənaətindəyik. Hər kəs bu imkanın əldən verilməməsi üçün çalışmalıdır. Minsk Qrupu problemin həllinə yönəlmiş dinamikanın artırılması üçün əlindən gələni etməlidir. Bizim siyasətimiz bölgədə işğalların aradan qaldırılması və bağlı qapıların açılmasına yönəlib. Azərbaycanla Türkiyə arasında bütün məsələlərə dair hərtərəfli əməkdaşlıq və koordinasiya var".Məmmədyarov da görüşdə gündəmdə olan bütün məsələlərin və problemlərin müzakirə olunduğunu söyləyib: "İlk növbədə bölgədə ən ciddi təhlükəsizlik problemi olan Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Biz inanırıq ki, sabitlik və inkişafın qarşısında ən böyük əngəl işğal və qaçqınlar problemidir. Azərbaycan torpaqlarının 20 faizi işğal altında ola-ola hansı sülhdən və təhlükəsizlikdən danışmaq olar?". Məmmədyarov Türkiyə - Azərbaycan münasibətlərinin çox yüksək səviyyədə olduğunu qeyd edib: "Prezidentlərimiz tez-tez görüşür, danışır, gələn il hökumətlərarası komissiyanın iclası keçiriləcək".TBMM-in iradəsi hər şeydən üstündürTürkiyə-Ermənistan protokollarının taleyi ilə bağlı suala cavabında Davudoğlu Türkiyə Böyük Millət Məclisinin iradəsinin hər şeydən üstün olduğunu vurğulayıb. "Hökumətimizin bu məsələ ilə bağlı siyasəti baş nazir tərəfindən dəfələrlə izah edilib. Amerikada da bu mövzu müzakirə olundu və mövqeyimiz orada da ifadə edildi. Biz Ermənistanla münasibətlərin normallaşdırılmasını arzu edirik və bunda səmimiyik", - deyə o qeyd edib.Dünən Elmar Məmmədyarov Türkiyə prezidenti Abdulla Gülün də qəbulunda olub. Türkiyə tərəfdən görüşdə xarici işlər naziri Əhməd Davudoğlu, Türkiyə XİN Aparatının rəhbəri Firudin Hadi Siniroğlu, onun müavini Əhməd Ünal Çeviköz, Türkiyənin Azərbaycan səfiri Hülusi Kılıc, Azərbaycan tərəfdən isə Elmar Məmmədyarovla yanaşı, onun müavini Araz Əzimov, ARDNŞ-in təmsilçisi və Azərbaycanın Türkiyə səfiri Zakir Həşimov iştirak ediblər. Görüşdə tərəfləri maraqlandıran bütün məsələlərin müzakirə edildiyi bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar