SON XƏBƏRLƏR

Türkiyə baş naziri birinci yerdə…

2021.10.20, 07:36
Türkiyə baş naziri birinci yerdə…

Gunaz.tv

GünAzTv: Qardaş ölkə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan dünyada «ilin adamı» olmağa ən şanslı namizəddir.

İngiltərənin “Time” jurnalının dünyada “ilin adamı”nı müəyyən etmək üçün təşkil etdiyi rəy sorğusunda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 4 gün ərzində 16-cı pillədən 1-ci sıraya yüksəlib.

Ekspertlər bunu Ərdoğanın nüfuzuyla yanaşı, həm də dünyadakı Türklərin internet vasitəsilə yaxşı təşkilatlanmasıyla əlaqələndirirlər. Türkiyə mediası da yazır ki, sorğu haqqında məlumatın yayılması dünyanın müxtəlif ölkələrində yaşayan Türkləri hərəkətə gətirib. Namizədlər siyahısında 25 nəfərin adı var. Ilk günlərdə Ərdoğan 16-ci pillədə olub. Lakin məlumatların müxtəlif internet saytlarında yayılmasından sonra Ərdoğan bir gecədə beşinci sıraya qədər yüksəlib. Indi isə Türkiyənin baş naziri 65 min səslə siyahının zirvəsindədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar