SON XƏBƏRLƏR

Türkiyə diplomatı Fransa prezidentini qınadı və ağır sözlər dedi

2021.10.20, 07:36
Türkiyə diplomatı Fransa prezidentini qınadı və ağır sözlər dedi

Gunaz.tv

GünAz TV: Türkiyənin Azərbaycandakı sabiq deputatı Hulusi Kılıç Fransa prezidenti Emmanuel Makronun Fransada erməni "soyqırımı" günü elan etməsini şiddətlə qınayıb.

 

Musavat.com -a açıqlama verən Hulusi Kılıç aşağıdakıları söyləyib:

"Prezident Makron tarixçi deyil!

Siyasi yalanı burax, Xocalıya bax!

Fransa prezidenti Makronun “1915-ci il hadisələrinin Fransada anım Günü elan edəcəyi” ilə bağlı ifadələrini məsləyinin əsas hissəsini ASALA terrorçularının təhdidi ilə keçirmiş bir diplomat olaraq şiddətlə qınayıram.

Tarixçilər tarixlə, siyasətçilər isə siyasətlə məşğul olsunlar! 1915-ci il hadisələri hüquqi, tarixi və akademik dərəcədə qanuni mübahisə mövzusudur. 1915-ci ildə Makronun babası da dünyada deyildi. Makronun əvvəlcə Osmanlı tarixini yaxşı öyrənməsini gözləyirik. Makronun sözləri Fransada yaşayan 700-mindən çox Türkiyə vətəndaşı, türk əsilli Fransa vətəndaşları, başda Azərbaycan vətəndaşları olmaqla qardaş Türk Cumhuriyyətləri vətəndaşlarına sayğısızlıqdır.

Atılacaq belə təhlükəli və separatçı addım Fransada huzursuzluq və ayrı-seçkilik yaradacaq, xalqları düşmən halına gətirəcək.

Qurtuluş savaşında Ermənilərin də əli ilə Anadoluda etdiyi zülümlər, yaxın keçmişdə Əlcazairdə törətdiyi qətliamlar və Ruandakı soyqırımı hafizələrimizdədir.

Bundan başqa, son 45 ildə bəziləri Fransada olmaqla 42 günahsız türk diplomatının erməni terrorçuları tərəfindən amansız qətli və 27 il öncə erməni qruplaşmaları tərəfindən Xocalıda törədilən qətliam qarşısında səssiz qalanların tarixin küllərini qarışdıraraq başqalarını günahlandırmaq cəhdini insan zəkasına təhqir olaraq qiymtləndirirəm.

Fransa prezidenti Makronun atacağı bu təhlükəli və separatçı addımdan vaz keçməsini gözləyirik". Musavat.com

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar