Türkiyə ilə İran arasında gərginlik artmaqdadır

2021-03-04 09:28

Türkiyənin İraqın şimalında kürd militantlarına qarşı hərbi əməliyyatları davam etdirdiyinə görə Türkiyə ilə İran arasında gərginlik artmaqdadır.

Gunaz.tv Quote | Gunaz article

Ankaranın İraqdakı əməliyyatlarını İranın dəstəklədiyi yarı-hərbi qüvvələrin yerləşdiyi strateji əhəmiyyətli bölgəyə qədər genişləndirməklə hədələməsindən sonra regiondakı bu rəqiblərin diplomatik mübahisələri sərtləşməyə başlayıb.

 

"Amerikanın Səsi"nin verdiyi xəbərə görə, "İstər Türkiyə, istərsə də başqa bir ölkə, biz İraqa hərbi müdaxilə, irəliləmə və ya bu ölkədə başqasının hərbivarlığını qəbul etməyəcəyik" - deyə, İranın İraqdakı səfiri İrəc Məscidi şənbə günü yayımlanan müsahibəsində bildirib.

 

Türkiyənin İraqdakı elçisi Fatih Yıldız tvitter səhifəsində"[Məscidi] Türkiyəyə İraq sərhədlərinə hörmətlə yanaşma barədə dərs verəcək son adamdır" - deyə, yazıb.

 

Türk mediasında yer alan xəbərlərə görə, Türkiyə Xarici İşlər Nazirliyi İranın ölkədəki səfiri Məhəmməd Fərəzmanı çağıraraq, İranın Türkiyənin "terrorizmlə mübarizəsini" dəstəkləməsini gözlədiyini deyib.


Türkiyənin daxili işlər naziri Süleyman Soylunun bazar günü İranın “525 terrorçunu” gizlətdiyini deməsi Tehranın qəzəbinə səbəb olub. Bundan sonra Türkiyənin İrandakı səfiri Dərya Örsə İranın Xarici İşlər Nazirliyi tərəfindən İranın terror qruplarına hər hansı dəstək verdiyini inkar edib və terrorla mübarizədə ciddi olduğu barədə rəsmi etiraz təqdim edilib.

 

Türkiyənin Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı İraqda davam edən hərbi əməliyyatları Tehran və Ankara arasında diplomatik mübahisələri daha da dərinləşdirir. PKK on illərdir İraqın şimal sərhədindəki bazalardan Türkiyəyə qarşı qiyam edir. Həm ABŞ, həm də Avropa İttifaqı PKK-nı terror təşkilatı kimi tanıyır.

 

Təhlilçilərin fikrincə, Tehran Türkiyənin İraqda mövcudiyyətini genişləndirməsini onunh təsir dairəsinə təcavüz kimi qiymətləndirir. "Türkiyənin Şimali İraqdakı hərbi mövcudluğu İranı sevindirməyən bir həqiqətdir" - deyə, Bon Universitetinin region üzrə mütəxəssisi Zaur Qasımov bildirib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu

Lakin fevral ayında Türkiyə qüvvələrinin kürdlərin İraqdakı militant bazasına hücumu zamanı PKK-nın girov saxladığı 13 türk vətəndaşını öldürməsindən sonra Ankara İraqda əməliyyatlarını genişləndirəcəyinə söz verib. Prezident Rəcəp Tayyib Ərdoğan "Bundan sonra terrorçular nə Şamda, nə Sincarda, nə də Suriyada təhlükəsiz deyil" deyib.


Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki tərəfdaşı Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli İraqın Sincar bölgəsindəki hərbi əməliyyatın "ölüm-dirim məsələsi" olduğunu deyib.

 

Sincar və ya kürd dilində Şenqal adlanan bölgə İraqın Suriya ilə sərhədində yerləşir. PKK da daxil olmaqla, İslam Dövləti kürdlərin koalisiya qüvvələri tərəfindən ərazidən uzaqlaşdırılıb.

 

Ankara Sincarın PKK-nın Suriyada yerləşən və ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin bir hissəsi olan birliklərini təmin etməsi üçün kritik bir maddi-texniki baza olduğunu deyir. Bu bölgə həm də İranın dəstəklədiyi militantlar üçün vacib bir bazadır.

 

İraq Kürdüstanı Regional Rəhbərliyi və İraqın federal hökuməti arasında 2020-ci ilin oktyabrında imzalanan Sincar müqaviləsi PKK-nı regiondan uzaqlaşdırmağa yönəlmişdi. Lakin Ankara PKK-nın yerli qüvvələrlə birləşdiyini və bölgəni heç vaxt tərk etmədiyini deyir.


C.E

 

Sincar - PKK militantları

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb

2021-04-14

gun az article

Dünyada koronavirusdan ölənlərin sayı 9 521 nəfər artıb

2021-04-14

gun az article

ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yaydı

2021-04-13

gun az article

Ərdoğandan Türk Şurası ilə bağlı vacib AÇIQLAMA

2021-04-13

gun az article

“Bitcoin”in qiyməti fantastik dərəcədə artdı

2021-04-13

gun az article

Bayden Putinə üçüncü ölkədə görüş keçirməyi təklif edib

2021-04-13

gun az article

İlham Əliyev ilə Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş olub

2021-04-13

gun az article

Dini mərkəzlər xaricdə filial və ya nümayəndəlik yarada biləcək

2021-04-13

gun az article

Cəbrayıl rayonunun Sədi kəndi - VİDEO

2021-04-13

gun az article

Azərbaycan Prezidenti: “ABŞ-ın yeni hökumətinin bizim regionla bağlı mövqeyinin nədən ibarət olduğunu bilmirik”

2021-04-13

gun az article

Şoyqu: “ABŞ və NATO öz qoşunlarını Rusiya ilə sərhədə cəmləşdirir”

2021-04-13

gun az article

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: 34 nəfər vəfat edib

2021-04-13

gun az article

Brayza: “Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin şansı qalmayıb, çünki Ermənistan müharibəni uduzub”

2021-04-13

gun az article

Tehranda İranla Rusiya arasında mədəniyyət mərkəzlərinin təsisi və fəaliyyəti haqda saziş imzalanıb

2021-04-13

gun az article

İrəvan meri Qarabağa qanunsuz səfər edib

2021-04-13

gun az article

Prezident: “Ermənistan Birinci Qarabağ müharibəsində törətdiyi bir çox müharibə cinayətlərini gizlədə bilmişdi”

2021-04-13

gun az article

İlham Əliyev: “Pakistanın Azərbaycanı açıq şəkildə dəstəkləməsi qardaşlığımızın real göstəricisidir”

2021-04-13

gun az article

Vətən müharibəsi şəhidləri üçün 321 ağac əkildi

2021-04-13

gun az article

Prezident İlham Əliyev: “Ermənistanın “İsgəndər” raketindən istifadə etməsi hərbi cinayətdir”

2021-04-13

gun az article

Prezident İlham Əliyev futbol üzrə Avropa çempionatının Bakıda keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb

2021-04-13