SON XƏBƏRLƏR

Türkiyə ilə İsrail arasında “Yanğın diplomatiyası” davam edir

2021.10.20, 07:36
Türkiyə ilə İsrail arasında “Yanğın diplomatiyası” davam edir

Gunaz.tv

GünAzTv: İki ölkə əlaqələrini yenidən qaydaya salmaq üçün mümkün variantlar barədə müzakirələr aparır.

İsrail ilə Türkiyə arasında “yanğın diplomatiyası”nın davam etdiyi bir vaxtda Türkiyə xarici işlər nazirinin məsləhətçisi Feridun Sinirlioğlu ilə İsrail baş naziri Benyamin Netenyahunun xüsusi nümayəndəsi Cozef Cieçanover dünən gözlənilmədən İsveçrənin Cenevre şəhərində bir araya gəlib. SİA-nın “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə əlaqələrini yenidən qaydaya salmaq üçün mümkün variantlar barədə müzakirələr aparılıb.

Diplomatik mənbələrdən alınan məlumata görə, tərəflər iki ölkə ictimaiyyətini razı salacaq birgə mətnlə bağlı müzakirələr aparıb. Diplomatik terminlərin üstünlük təşkil edəcəyi bu mətnlə İsrail xalqda reaksiya doğurmayacaq şəkildə Türkiyədən üzr istəyi və “Mavi Mərmərə” basqınında öldürülənlərin ailələrinə təzminat ödəyəcəyini bildirib. İsrail həmçinin vətəndaşlarına Türkiyə ilə əlaqələrin normallaşmasının nə qədər əhəmiyyətli olduğunu izah edəcək.

Bununla da İsraildəki meşə yanğınına Türkiyənin iki yanğın təyyarəsini göndərməsinin Ankara ilə Təl-Əviv arasındakı buzları əridəcəyi ilə bağlı şərhlər təsdiqini tapmağa başlayıb. Bu görüş “Mavi Mərmərə” basqınından sonra iki ölkə dövlət rəsmiləri arasında ikinci görüş olub. 30 iyunda xarici işlər naziri Əhməd Davudoğlu ilə Brüsseldə İsrail sənaye naziri Benyamin Ben-Eliezerin gizli bir görüşü baş tutub. Görüşdən xəbərsiz olan və gec xəbər tutan xarici işlər naziri Aviqdor Liberman bunu rəhbərlik etdiyi quruma qarşı təhqir əlaməti kimi qiymətləndirib. O bildirib ki, baş nazir Benyamin Netanyahunun xarici işlər nazirliyinə heç bir məlumat vermədən belə bir görüş qərarı alması baş nazirliyin quruma qarşı olan inamsızlığını göstərir, bu isə İsrail hökumətindəki nazirliklər arasında ciddi problemlərin olduğundan xəbər verir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar