SON XƏBƏRLƏR

Türkiyə ilə İsveçrə arasında diplomatik gərginlik yaşanır

2021.10.20, 07:36
Türkiyə ilə İsveçrə arasında diplomatik gərginlik yaşanır

Gunaz.tv

GünAz TV: Qondarma erməni soyqırımı məsələsi Fransa ilə yanaşı, İsveçrə ilə Türkiyə arasında diplomatik münasibətlərdə də soyuqluq yaradıb.

Sürix prokurorluğu (dadistani) erməni icmasının şikayəti əsasında Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Egemen Bağışla bağlı təhqiqata başlayıb. Türkiyəli nazir İsveçrədə uydurma soyqırımın olmamasına dair bəyanat səsləndirməkdə ittiham olunur. İsveçrədəki erməni icması Türkiyənin Arvopa məsələlər üzrə naziri Egemen Bağışla bağlı prokurorluğa şikayət edib. İsveçrənin Sürix prokurorluğu türkiyəli nazirlə bağlı artıq təhqiqata başalyıb.

Egemen Bağışın ötən həftə Sürixdə «Erməni soyqırımı olmayıb. Bu sözlərimə görə qoy, məni həbs etsinlər» deməsindən sonra erməni icması prokurorluğa şikayət edib. İsveçrə qanunvericiliyinə görə, Egemen Bağış cinayət məcəlləsinin 261-ci maddəsi – yəni irqçilik maddəsinə zidd davrandığı bildirilir. Prokurorluqdan verilən məlumata görə, hazırda Bağışın şikayət ərizəsində qeyd olunan ifadələri söyləyib-söyləmədiyi araşdırılır. Onun diplomatik toxunulmazlıq sahibi olub-olmadığı müəyyənləşdiriləcək. Bu araşdırmaların nəticəsində qanuna zidd davranış müəyyən edilərsə və nazirin diplomatik toxunulmazlığı yoxdursa, barəsində cinayət işi açılacaq. Qarşı tərəf ilkin təhqiqat ysonlandıqdan sonra məsələyə münasibət açıqlayacağını deyib.

İsveçrə Konfederasiyasının Ankaradakı səfiri Raymond Kunz Türkiyə Xarici İşlər Nazirliyinin aparat rəhbəri Firudin Sinirlioğlu tərəfindən nazirliyə çağırılıb. Səfirdən bu barədə izahat tələb olunub. Sinirlioğlu səfirə bildirib ki, Türkiyə hökuməti bu addımı qəbuledilməz sayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar