SON XƏBƏRLƏR

Turkiyə, İran və Rusiya Suriya konstitusiya komitəsinin tərkibi barədə razılığa gələ bilməyiblər

2021.10.20, 07:36
Turkiyə, İran və Rusiya Suriya konstitusiya komitəsinin tərkibi barədə razılığa gələ bilməyiblər

Gunaz.tv

GünAz TV: Dünən Cenevrədə Turkiyə, İran və Rusiya Xarici İşlər nazirlərinin Suriya konstitusiya komitəsi ilə bağlı keçirdiyi görüşdə elə də ciddi nəticə əldə edilməyib.   

 

Görüşdən sonra Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Suriya konstitusiya komitəsinin böyük ehtimalla 2019-cu ilin əvvəllərində təşkil ediləcəyini elan etsə də, lakin 3 ölkə komitədə təmsil olunacaq vətəndaş cəmiyyətinin nümayəndə heyəti ilə bağlı razılığa gələ bilməyiblər. Lavrov həmçinin komitənin heyəti ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılmasının çətin olduğunu bildirib.

 

Görüşdə iştirak edən BMT baş katibinin Suriya üzrə elçisi Staffan de Mistura isə “balanslı və etibarlı komitə” yaratmaq üçün hələ çox böyük addımların atılmasının zəruri olduğunu deyib.

 

Suriya konstitusiyasının hazırlanması üçün nəzərdə tutulan komitədə 50 dövlət, 50 silahlı müxalifət nümayəndəsi təmsil olunacaq. 3-cü siyahıda isə 50 nəfər vətəndaş cəmiyyətindən olan müstəqil nümayəndələr və BMT-yə bağlı təşkilatların nümayəndələrinin adları təqdim olunacaq.

 

Suriya dövləti və müxalifət öz nümayəndələrinin adları olan siyahını hazırlayəb, tərəflərə təqdim etsələr də, İran, Rusiya və Turkiyə hələ ki, 3-cü siyahıda adları qeyd edilən şəxslər barədə razılağa gələ bilməyiblər.

 

Qeyd edək ki, İran və Rusiya Suriyada təxminən 8 ildir davam edən vətəndaş müharibəsində prezident Bəşər Əsədə dəstək göstərirlər. İran münaqişədə Əsəd hökumətinin varlığını davam etdirməsi üçün bu günə qədər 10 milyardlarla dollar vəsait sərf edib.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar