SON XƏBƏRLƏR

Türkiyə, İran və Rusiya Xarici İşlər nazirləri Cenevrədə Suriya üzrə görüş keçiriblər

2021.10.20, 07:36
Türkiyə, İran və Rusiya Xarici İşlər nazirləri Cenevrədə Suriya üzrə görüş keçiriblər

Gunaz.tv

GünAz TV: Ötən gün Türkiyə, İran və Rusiya Xarici İşlər nazirlərinin Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersenlə 4 tərəfli görüşü keçirilib.

 

Suriya Konstitusiya Komitəsinin toplantısından bir gün öncə keçirilmiş görüşdə tərəflər bu ölkənin suverenliyinin, müstəqilliyinin, vahidliyinin və ərazi bütövlüyünün qorunmasının zəruri olduğuyla bağlı bəyanat imzalayıblar.

 

Görüşdən sonra keçirilmiş müştərək mətbuat konfransında İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif Əsəd rejiminin icazə verdiyi müddətə qədər ölkəsinin Suriyada qalacağını deyib.

 

Lavrov isə bildirib ki, Suriya Konstitusiya Komitəsi heç bir xarici müdaxilə olmadan, öz işini davam etməli, konkret nəticələr əldə etməlidir.

 

Suriya böhranının həll edilməsinin tək yolunun rejimlə müxaliflər arasında dialoqdan keçdiyini deyən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Konstitusiya Komitəsinin Suriyada böyük siyasi dəyişikliklərə yol aça biləcəyini qeyd edib.

 

Hər 3 ölkə imzalanmış bəyanatda sadalanan prinsiplərə hər bir tərəfin hörmət edilməsinin zəruri olduğunu vurğulayıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar