Güneyli fəal Əkbər Nəiminin həbsi ilə bağlı xəbərlər Türkiyə mediasında

2021-07-23 09:55

Güney Azərbaycanın Xoy şəhərindən olan milli-mədəni fəal Əkbər Nəiminin 9 il 8 ay həbs cəzasının İran Məhkəmə Sistemi tərəfindən təsdiqlənməsi Türkiyə mətbuatında geniş şəkildə işıqlandırılıb.

Gunaz.tv Quote | Gunaz article

Türkiyənin “Anadolu” xəbər agentliyinin fars və türk bölmələri, “Son Dakika”, “Star” və başqa aparıcı media qurumları Nəimi barədə məlumat yayıblar.

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətinin Xoy şəhərindən olan Əkbər Nəimi iyulun 19-da Təbriz şəhərində saxlanılaraq Tehranın “Evin” həbsxanasına aparılıb.

Məlumata görə, Əkbər Nəiminin məhkum olduğu 9 il 8 ay həbs cəzası Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib.

Əkbər Nəimi saxlanılması barədə ailəsinə deyib ki, Apellyasiya Məhkəməsinin qərarı ilə bağlı həbsxanaya aparıldıqdan sonra məlumatlandırılıb.

Güneyli milli fəal "qanunsuz qrupa üzv olmaq", "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "rejimin müxalif qruplarının lehinə təbliğat aparmaq" ittihamlarında müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edildiyi bildirilir.

Həmçinin bildirilir ki, 2 il müddətinə ölkədən xaric olmasına və eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına qadağa qoyulub.

Məhkəmənin verdiyi qəribə qərarda  milli fəaldan "Millətçilik təbliğatı aparmaqla parçalamaq və müstəmləkə" siyasəti mövzusunda 90 səhifəlik bir araşdırma yazısı hazırlaması istənilib.

Bu hökm Tehranın Apellyasiya Məhkəməsinin 36 saylı şöbəsində təsdiqlənib.

Ə.Nəimi keçən il yanvarın 22-də çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində tutularaq təxminən 2 ay təhlükəsizlik qüvvələrin nəzarətində saxlanıldıqdan sonra nəhayət 200 milyon tümənlik girov qarşılığında "Evin" həbsxanasından müvəqqəti olaraq buraxılmışdı.

İranın təhlükəsizlik qurumu türk fəala təxminən bir ay boyunca ailəsi ilə telefon əlaqəsinə imkan verilmədiyi üçün bu müddət ərzində onun sağlamlıq durumu və harada saxlanıldığı barədə heç bir məlumat yox idi.

Milli fəal həbs edildikdən sonra iş yerindən də qovulduğu qeyd edilir.

Ölkənin məhkəmə sisteminin Tehranda yaşayan türk fəallara qarşı ağır həbs cəzaları tətbiq edildiyi müşahidə edilir.
Əlirza Fərşi, Kiyanuş Aslani, Həmid Mənafi Nadarlı, Behnam Şeyxi, Tovhid Əmir Əmini kimi siyasi məhbuslar uzunmüddətli həbslərə məruz qalıb.

C.E

Mövzu ilə bağlı digər xəbərləri buradan oxu bilərsiniz:
Güney azərbaycanlı fəal Əkbər Nəimi saxlanılıb

Güney azərbaycanlı milli fəal Əkbər Nəimi müvəqqəti azadlığa buraxılıb

Milli fəal Əkbər Nəimi 9 il 8 ay həbs cəzasına məhkum edildi

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16