SON XƏBƏRLƏR

Türkiyə ordusunun Baş Qərargahı həbslər və axtarışlarla bağlı rəsmi açıqlama yayıb

2021.10.20, 07:36
Türkiyə ordusunun Baş Qərargahı həbslər və axtarışlarla bağlı rəsmi açıqlama yayıb

Gunaz.tv
Türkiyə ordusunun Baş Qərargahı həbslər və axtarışlarla bağlı rəsmi açıqlama yayıb turkiyesilahliquvveleribashqerargahi.jpg Ankara – APA. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı iyulun 1-də həyata keçirilən həbslərlə bağlı rəsmi açıqlama yayıb. APA-nın məlumatına görə, istefada olan generalların evlərində və ofislərində aparılmış axtarışlarla bağlı verilən açıqlamada deyilir: “Həbs və axtarışların bir qismi hərbi məhəllələrdə aparılıb. Bəzi mətbuat orqanlarında bunların Baş Qərargahın icazəsi ilə edildiyi barədə xəbərlər yer alıb. Bildiririk ki, axtarışlar 5271 saylı Cəza Mühakiməsi Qanununun 119-cu maddəsinin 5-ci bəndinə uyğun aparılıb. Həmin bənddə deyilir ki, hərbi məhəllələrdə axtarışlar prokurorun istəyi və iştirakı ilə hərbi orqanlar tərəfindən aparılır”. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar