SON XƏBƏRLƏR

Türkiyə prezidenti gizli görüşlər keçirir

2021.10.20, 07:36
Türkiyə prezidenti gizli görüşlər keçirir

Gunaz.tv
Türkiyə prezidenti gizli görüşlər keçirir gul_0061107.jpg Türkiyə prezidenti Abdulla Gül son günlər ölkədə baş verən hadisələrə münasibət bildirib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Astana şəhərinin paytaxt elan olunmasının 10 illiyi ilə bağlı tədbirlərə qatılmaq üçün Qazaxıstana gedən A. Gül hava limanında media mənsublarının suallarını cavablandırıb. O, ölkədə vəziyyət gərginləşdikdən sonra müvafiq addımlar atdığını bildirib: "Türkiyənin milli mənafelərinin, strateji hədəflərinin, dövlət qurumlarının zədələnməməsi çox önəmlidir. Bu yöndəki fikirlərimi ictimaiyyətlə bölüşmüşəm. Bununla yanaşı, sizin bildiyiniz və bilmədiyiniz görüşlər də keçirirəm və işlər görürəm. Buna davam edəcəyəm". A. Gül hər kəsin üzərinə məsuliyyət düşdüyünü söyləyib: "Madam ki, Türkiyə bu atmosferin içindədir, ölkəmizi bu durumdan ən güclü şəkildə çıxarmaq hamımızın vəzifəsidir". adalet

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar