SON XƏBƏRLƏR

Türkiyə qaranlıq dövrə girir... "Ergenokon" oyunu davam edir: nüfuzlu generallar, ziyalılar və jurnalistlər həbsə atıldı

2021.10.20, 07:36
Türkiyə qaranlıq dövrə girir... "Ergenokon" oyunu davam edir: nüfuzlu generallar, ziyalılar və jurnalistlər həbsə atıldı

Gunaz.tv
Türkiyə qaranlıq dövrə girir... "Ergenokon" oyunu davam edir: nüfuzlu generallar, ziyalılar və jurnalistlər həbsə atıldı tutulanlar_2iyul.jpg Türkiyədə "Ergenekon" əməliyyatı ilə bağlı yeni həbslər aparılıb. İstanbulun Umraniyyə məhələsindəki bir evdə aparılan axtarış zamanı 27 əl qumbarasının tapılmasından sonra başlanan "Ergenekon" əməliyyatında dünənədək 49 nəfər həbs olunmuşdu ki, onların arasında ən nüfuzlusu Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin sabiq müavini, istefada olan ordu generalı Vəli Küçük idi. Küçükün həbsindən 25 dəqiqə sonra isə Türkiyə İşçi Partiyasının sədri Doğu Perincek həbsə atılmışdı. İstanbulun Cümhuriyyət prokurorları Zəkəriyyə Öz, Mehmet Əli Pəkgözəl və Nihat Taşkının rəhbərlik etdikləri istintaq prosesi artıq başa çatmaqda ikən, dünən yeni həbslər Türkiyəni şoka salıb. Səhər saat 07.00-da başlayan əməliyyat zamanı ölkənin Жandarma Qüvvələrinin keçmiş komandanı, Atatürkçü Düşüncə Dərnəyinin sədri, istefada olan ordu generalı Şənər Əruyğur, I Ordunun sabiq komandanı, istefada olan ordu generalı Xurşid Tolon, Ankara Ticarət Palatasının sədri Sinan Aygün, "Cumhuriyyət" qəzetinin Ankara bürosunun rəhbəri, məşhur жurnalist Mustafa Balbay və "Tərcüman" qəzetinin baş redaktoru Yfüq Böyükçələbi dünən həbs olunublar. Balbayın evində axtarış aparan polislər onun kompüteri və bəzi sənədlərini müsadirə edərək götürüblər. Təxminən 20 dəqiqə sonra Kamal Aydın, Nəriman Aydın, Həmzə Dəmir, habelə Ankarada Atatürkçü Düşüncə Dərnəyinin (ADD) Kadıköy şöbəsinin rəhbəri Coşqun Gürel və sabiq şöbə rəhbəri Birol Başaran da tutulublar. Ankara Əmniyyət Müdirliyində saxlanılan bu şəxslər dünən axşam İstanbula aparılıblar. Tutulanlar Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyasına (AKP) sərt müxalifətdə duran tanınmış şəxslərdir. Həbslər İstanbul, Antalya və Trabzonda davam etdirilib, 17 nəfər tutulub. Bu şəhərdə saxlanılanların tam əksəriyyəti ADD funksionerləri və hərbçilərdir. "Ergenekon"la bağlı İstanbul və Ankaradan göndərilən təlimatlar əsasında dünən Trabzonda "Ati Teknoloжi" Özəl Səhiyyə Xidmətləri Sənaye və Ticarət Şirkətinin rəhbəri professor Ərcümənd Ovalı tutulub. Türkiyədə yeganə immun sistemi mərkəzi olan "Ati Teknoloжi"nin rəhbəri əvvəllər Qara dəniz Texniki Universitetinin tibb fakultəsində çalışıb. İstefada olan ordu generalları Xurşid Tolon və Şənər Əruyğurun həbsi barədə isə Baş Qərargaha əvvəlcədən məlumat verilib. X. Tolon həbs edilərkən onun evinin qapısı sındırılıb və bu səbəblə sabiq komandanla polislər arasında mübahisə yaranıb. İstanbul Cümhuriyyət prokuroru Aykut Çingiz Əngin həbslərlə bağlı təlimat vermədiyini, saxlanılmaların bilavasitə "Ergenekon"u araşdıran prokurorlar tərəfindən verilən və Cümhuriyyət Baş Prokurorluğunun təsdiqlədiyi təlimatlar əsasında həyata keçirildiyini söyləyib. "Bu həsblər barədə mənə əvvəlcədən mütləq məlumat verilməliydi. Halbuki hamıdan sonra xəbər tuturam. Durumu araşdıracağam", - A.Çingiz Əngin deyib. Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Dengir Mir Mehmet Fırat isə Aykut Çingiz Ənginin doğru danışmadığını bəyan edib. "Necə yəni - həbslər gedir, İstanbul Cümhuriyyət prokurorunun bunlardan xəbəri olmur?! Belə şeylər baş vermir. Təlimat vardı, çünki polis özbaşına bu işləri görə bilməz", - Dengir Fırat deyib. Dünən ikindi saatlarında "Tərcüman" qəzetinin redaksiyası, "Cümhuriyyət" qəzetininin Ankara Bürosu, Atatürkçü Düşüncə Dərnəyi, Ankara Ticarət Palatasında və həbs edilən şəxslərin hamısının evlərində axtarışlar aparılıb. Ankara Ticarət Palatasının rəhbəri Sinan Aygün evdən çıxarılarkən жurnalistlərin "Nədə ittiham olunursunuz?" sualına "Atatürkü sevməkdə suçlanıram" deyib. Həbslərdən barədə xəbərlər İstanbul Fond Birжasında qiymətlərin düşməsinə, Türkiyə lirəsinin ucuzlaşmasına səbəb olub. "Cümhuriyət" qəzetinin redaktoru Cüneyt Arcayürək hesab edir ki, bu həbslərin səbəbi müəmmalı olsa da, anlaşılandır. "İndi Konstitusiya Məhkəməsində iqtidardakı Ədalət və İnkişaf Partiyasının fəaliyyətinin qadağan edilməsiylə bağlı proses gedərkən belə həbslərə təəccüblənməmək gərəkdir. Tutulanlar arasında tanıdığım adamlar narahat deyillər. Çünki heç bir əsas olmadan saxlandıqlarını, tezliklə azad ediləcəklərini gözəl bilirlər. "Cümhuriyyət" qəzetinə gəldikdə isə, ölkədə heç bir qüvvə qəzetimizi susdura bilməz", - C.Arcayürək söyləyib. Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin dünən "Ergenekon" əməliyyatı çərçivəsində neçə nəfərin tutulduğunu bilmədiyini söyləyib. Çox "qəribə"dir ki, AKP mənsubu olan yüksək çinli nazirlərin "xəbərsizlik" sindromu baş nazir, partiyanın lideri Rəcəb Tayyib Ərdoğana da sirayət edib: "hələ heç nə deyə bilmərəm, dəqiq məlumatım yoxdur". Türkiyə müxalifəti isə həbslərə birmənalı yanaşmır. Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının dediyinə görə, "Ergenekon"la bağlı araşdırma və istintaq hələ başa çatmadığından heç nə deyə bilməz: "Lakin istənilən halda hakimiyyət bu həbslərə aydınlıq gətirmələri, adamların nə üçün tutulduğunu deməlidir". Cümhuriyyət Xalq Partiyasının (CHP) baş katibi Öndər Sav isə hesab edir ki, tutulanların nə üçün həbsə atılmaları barədə prokurorluq və polis ən qısa zamanda xalqa açıqlama verməlidir. "Adi bir istintaqın fövqəladə vəziyyətdək axtarış və həbslərə bənzəyən şəkilə dönməsi, ölkənin nüfuzlu жurnalistləri, iş adamları, ziyalıları və hərbçilərinin cinayətkar təki tutulmaları hüquq, ədalət və ən başlıcası, dövlətdə hüququn aliliyi prinsiplərinə sayğını zədələyir", - Ö.Sav bildirib. Atatürkçü Düşüncə Dərnəyinin baş katibi Suay Karaman həbsləri "dinc və sakit çevriliş" sayır: "Türkiyədəki AKP iqtidarı demokrat, dünyəvi və atatürkçü insanları mağmın hala salıb susdurmaq üçün dinc çevrilişlə məşğuldur. Bunun nəticələri çox acı olacaq. Fəqət, əsla şübhə etmirəm ki, bu proses mütləq dayanacaq". H.Agacan express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar