SON XƏBƏRLƏR

Türkiyə "S-400"-lərin tədqiqi üçün Rusiyaya 100 mütəxəssis göndərib

2021.10.20, 07:36
Türkiyə "S-400"-lərin tədqiqi üçün Rusiyaya 100 mütəxəssis göndərib

Gunaz.tv

GünAz TV: Türkiyənin 100 mütəxəssisi S-400 zenit-raket sistemlərində işləmək üçün təlim məqsədilə Rusiyaya yola düşüb.

 

"Report" "Haberturk" telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

"S-400 üzrə razılaşma tariximizdə ən əhəmiyyətlidir. Çünki bu, yalnız ticarət məsələsi deyil. Bu əməkdaşlıq birgə istehsala keçid prosesidir. Və bu prosesdən sonra yenə də Rusiya ilə, S-500 raketləri haqqında danışıq aparıla bilər", - deyə Türkiyə lideri qeyd edib.

 

Ərdoğan həmçinin bildirib ki, ölkə S-400-lərin köməyi ilə döyüş əməliyyatlarının aparılması zamanı yalnız öz üstünlüyünü təmin etməyi deyil, həm də sülhü qorumağı və şəxsi milli təhlükəsizliyə zəmanət verməyi nəzərdə tutur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar