SON XƏBƏRLƏR

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi vəfat edib

2021.10.20, 07:36
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi vəfat edib

Gunaz.tv

GünAz TV: Türkiyənin keçmiş baş qərargah rəisi ehtiyatda olan general Yaşar Böyükanıt səhər saatlarında xəstəxanada 79 yaşında dünyasını dəyişib.

 

Türkiyə mediasının yaydığı məlumata görə, Türkiyənin 25-ci baş qərargah rəisi üərk çatışmazlığından həyatını itirib.

Böyükanıtın həyat yoldaşı Filiz Böyükanıt da 4 gün əvvəl vəfat edib. Səhhətindəki problemlərə görə bir müddətdir müalicə alan keçmiş baş qərargah rəisi bu səbəbdən həyat yoldaşının da dəfn mərasimində iştirak edə bilməyib.

 

Qeyd edək ki, Yaşar Böyükanıt 2006-2008-ci illərdə Türkiyə ordusunun baş qərargah rəisi vəzifəsində xidmət edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar