SON XƏBƏRLƏR

Türkiyə televziyasının aparıcısı: Urmu gölü böhranı 16 milyon insanın həyatını təhdid edir – GÖRÜNTÜ

2021.10.20, 07:36
Türkiyə televziyasının aparıcısı: Urmu gölü böhranı 16 milyon insanın həyatını təhdid edir – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Türkiyənin CNN telekanalının məşhur aparıcısı, tanınmış jurnalist Hakan Çelik Urmu gölü böhranının davam etməsi və bölgə əhalisinin həyatı ilə bağlı həyəcan təbili çalıb.

 

Urmu gölünün görüntüsünü İnstaqram səhifəsində yayan türkiyəli jurnalist mövzu ilə bağlı belə yazıb: “Urmu gölü qurumaqdadır. Buna qarşı tədbir alınmasa, ən azı 16 milyon insanın həyatı təhlükə altında düşəcək.”

 

Televizya aparıcısı həmçinin əlavə edib ki, “Vaxtı ilə Yaxın Şərqin ən böyük gölü hesab olunan Urmu gölü artıq qurumaq üzrədir. Bu görüntünü Tehrana səfərim zamanı çəkdim.”

 

Hakan Çelik sentyabrın 7-də Türkiyə, Rusiya və İran prezidentlərinin Tehranda görüşü zamanı İrana səfər etmişdir. O aşağıdakı görüntünü Tehrana uçuş zamanı çəkib.

 

Uzun illərdir davam edən Urmu gölü böhranı getdikcə dərinləşir, artıq gölün 95 faizi quruyub. Hazırda yağıntılar, həmçinin gölə axıdılan kanalizasiya suları, Urmu gölünün tam olaraq qurumasına mane olur. İran dövləti gölün qurtarılması üçün heç bir əməli addım atmır, Urmu Gölünü Canlandırma Mərkəzi layihələrin icrası üçün mərkəzə vəsait ödənilmədiyini bildirir.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar