SON XƏBƏRLƏR

Türkiyədə “Orası türkün gizli yarası, Güney Azərbaycan” mövzusunda tədbir keçirilib – GÖRÜNTÜ

2021.10.20, 07:36
Türkiyədə “Orası türkün gizli yarası, Güney Azərbaycan” mövzusunda tədbir keçirilib – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Milli Hökumətinin (“21 Azər Hərəkatı” yaradılmasının 73-cü ildönümü günlərində Türkiyənin Əskişəhər şəhərində önəmli tədbir keçirilib.

 

“Orası türkün gizli yarası, Güney Azərbaycan” mövzusunda keçirilən tədbir dekabrın 16-da Eskişəhər Bələdiyyə İdarəsinin salonunda baş tutub.

 

Tədbir başlamadan əvvəl Azərbaycan, Türkiyə və ümumiyyətlə türk dünyası şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyə və Azərbaycan Milli Hökumətinin milli marşları oxunub.

 

Əskişəhərdə yaşayan azərbaycanlıların milli dərnəyinin təşəbbüsü ilə keçirilən tədbir panel çıxışları və konsertdən ibarət olub.

Tədbir təbrizli fəal, yazıçı və şair Azəryar Danişvər tərəfindən açıldıqdan sonra güneyli sənətkarlar Sonay Ruhi və Yanar Sönməz Azərbaycanın bir neçə klassik mahnısını ifa ediblər.

 

Mərasim panel çıxışları ilə davam edib, sonda çıxışçılar və mərasimin təşkilatçılarına təqdirnamələr təqdim olunub.

 

 

 

 

 

 

 

 

 


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar