SON XƏBƏRLƏR

TÜRKİYƏDƏ ORDUNU GÖZDAN SALAN KAMPANİYA GEDİR

2021.10.20, 07:36
TÜRKİYƏDƏ ORDUNU GÖZDAN SALAN KAMPANİYA GEDİR

Gunaz.tv
TÜRKİYƏDƏ ORDUNU GÖZDAN SALAN KAMPANİYA GEDİR Baş Qərargah: “Bəzi çevrələr tərəfindən təşkil olunan mənfur hücumlarla qarşı-qarşıyayıq” 4689.jpg Türkiyədə bəzi mətbuat orqanlarında son vaxtlar silahlı qüvvələr və onun rəhbərliyi haqda yer alan iddialar Baş Qərargahı növbəti rəsmi bəyanatla çıxış etməyə məcbur edib. Bu dəfə silahlı qüvvələrin Baş Qərargahı “Tərəf” qəzetində yer alan və ordunun Türkiyəni idarə etmək üçün gizli planından söz açan yazısı ilə bağlıdır. Qəzet bir neçə gün əvvəl Baş Qərargahın Türkiyədə siyasət və ictimai rəy üzərində nəzarəti təmin etmək üçün gizli direktivinin olması haqda yazıb. Bu iddia Baş Qərargah tərəfindən təkzib edilib. Lakin qəzet son saylarından birində yenidən bu plan haqda yazaraq bildirib ki, Baş Qərargah yüksək məhkəmə üzvləri, KİV rəhbərləri və tanınmış sənətçilərlə əlaqə yaradılması, onları ordunun tərəfinə çəkməsi və silahlı qüvvələrə müxalifətdə olan şəxslərin nüfuzdan salınması haqda təlimatlar verib. Nəticədə Baş Qərargah bu iddia ilə bağlı ikinci dəfə rəsmi bəyanatla çıxış etməli olub. Bəyanatda deyilir ki, bu cür iddialar Türkiyədə bəzi çevrələr tərəfindən silahlı qüvvələri nüfuzdan salmağa yönələn və uzun müddətdir davam edən kampaniyanın bir hissəsidir. “Bu kampaniya son vaxtlar internet də daxil olmaqla mətbuat orqanları vasitəsilə daha da şiddətlənib” . Bəyanatda deyilir ki, silahlı qüvvələrə qarşı çoxşaxəli və sistematik fəaliyyətlərin gələcəkdə də davam edəcəyi dəyərləndirilməklə proseslər yaxından izlənməkdədir. “Türkiyə silahlı qüvvələri bəlli çevrələrin mütəşəkkil şəkildə həyata keçirilən mənfur hücumları ilə qarşı-qarşıyadır. Uğrusuzluğa məhkum olan bu kampaniyaya qarşı silahlı qüvvələr özünü müdafiə etmək üçün zəruri tədbirlər görür. Hər kəs bilməlidir ki, silahlı qüvvələrə qarşı çirkin kampaniya aparanlar qanun qarşısında cavab verməli olacaqlar” . Qeyd edək ki, silahlı qüvvələrə qarşı müxtəlif kompromatlar son vaxtlar tez-tez Fətullah Gülənə bağlı dinçi mediada yer alır. Bu iddialar hökumətlə silahlı qüvvələr və yüksək məhkəmə arasındakı münasibətlərin mürəkəb olduğu bir dövrə təsadüf edir. F.Məmmədov musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar